Tokio Yay Olimpiya Oyunlarına qatılacaq idmançıların peyvəndləmə prosesinə başlanıb
12.06.2021 12:14

Bakı Sağlamlıq Mərkəzində Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların COVID-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.


Aztibb.az xəbər verir ki, ilk peyvənd Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.

Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub.

MOK vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, hazırda təlim-məşq toplantılarında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarıının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq.


Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, atletlər kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80% oyunlar başlayana qədər vaksinasiya olunacaq.


Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Nəticədə, Tokioda Olimpya oyunlarının 23 iyul-8 avqust, Paralimpiya oyunlarının isə 24 avqust-5 sentyabr tarixlərində keçirilməsi planlaşdrılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib