33 qaziyə son nəsil protezlər verilib  
11.06.2021 16:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, onlardan 8-i bu gün yüksək texnologiyalı protezlərlə təmin olundu.

 

Beləliklə, artıq 33 qazi yüksək texnologiyalı protezlə təmin edilib.

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların rəy və təəssüratları öyrənilib. Qazilərimiz –Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib, göstərilən dəstəkdən razılıq ifadə ediblər.

 

Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.

 

Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib