Bu il Klinik Tibbi Mərkəzə 19 nəfər ilan sancması ilə müraciət edib
11.06.2021 15:06

Aprel ayının əvvəlindən iyunun 11-nə qədər Klinik Tibbi Mərkəzə 19 nəfər ilan sancması ilə müraciət edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib. Həkim qeyd edib ki, Bakıətrafı kəndlərdən, xüsusilə Xəzər rayonunun Zirə qəsəbəsi və Hövsandan ilan sancmaları ilə müraciətlər daha çox olub: “Ümumiyyətlə daş karxanası olan ərazilərdə ilan sancmalarına çox rast gəlinir”.

 

Bölgələrdəki vəziyyət barədə məlumat verən baş toksikoloq Hacıqabul, Şirvan, Şamaxı, Bərdə, Yevlax, Kürdəmir, Şəmkir və Oğuzda ilan sancmalarının daha çox baş verdiyini bildirib. Onun verdiyi məlumata görə, həmin müddət ərzində regionlarda ilan sancması ilə zəhərlənmə nəticəsində ölüm hallarına da rast gəlinib: “Klinik Tibbi Mərkəzə zəhərlənmə ilə müraciət edənlər arasında isə ölüm halı müşahidə edilməyib. Müraciət edənlərin əsas şikayətləri ürəkbulanma, qusma, sancma yerində ağrı, şişkinlik və qızartıdır”.

 

Qeyd edək ki, Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə, əsasən, aprelin əvvəlindən noyabra qədər rast gəlinir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib