Rezidenturaya qəbul imtahanının keçirilmə tarixləri AÇIQLANIB
11.06.2021 11:21

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün ərizə qəbulunda iştirak edən namizədlər haqqında statistik məlumatlar və imtahan tarixlərini açıqlayıb.

 

DİM-dən Aztibb.az-a bildirilib ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olmaq istəyən namizədlərin qeydiyyatı mayın 26-dan iyunun 4-dək aparılıb.

 

Məlumata görə, bu müddət ərzində 2028 namizəd qeydiyyatdan keçib. Onlardan 931 nəfər əvvəlki illərdə məzun olan şəxslərdir. 646 nəfər cari ilin məzunu, 451 nəfər isə hazırda əsas (baza ali) tibb təhsilini davam etdirən və III kursu tam bitirmiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qaldığından, 2020-ci ildə 40 və daha çox bal toplayan namizədlər cari ildə bu imtahanda iştirak etmədən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Beləliklə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I cəhd) 1738 namizəd iştirak edəcək.

 

Ərizə qəbulunda iştirak edən namizədlərdən 1798 nəfər Azərbaycan, 2 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 55 nəfər Rusiya, 1 nəfər Qazaxıstan, 1 nəfər Çin, 1 nəfər Belorus və 31 nəfər Ukrayna universitetlərində təhsil alan (almış) şəxslərdir. 132 nəfər isə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunudur.

 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I cəhd) əvvəlcədən elan olunduğu kimi, 2021-ci il iyunun 20-də keçiriləcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) isə avqustun 4-də keçirilməsi nəzərdə tutulur.

 

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən namizədlər buraxılırlar.

 

2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş rezidenturaya qəbul olunmaq hüququna malik namizədlərə də avqustun sonu (və ya sentyabrın əvvəli) yenidən ərizə verib imtahanın II mərhələsində iştirak etmələri üçün şərait yaradılacaq.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub