Pankreatit problemi olan xəstədə davamlı hipotenziyanın SƏBƏBİ -  Təzyiqi qaldırmaq üçün nə etməli?
10.06.2021 10:29
Bəzən pankreatit (mədəaltı vəzinin iltihabı), pankreanekroz problemi olan xəstələrdə davamlı hipotenziya müşahidə edilir. Bunun səbəbi nədir və arteriyal təzyiqi qaldırmaq üçün nə etməli?
 
Aztibb.az xəbər verir ki, həkim-reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə bu suala aydınlıq gətirib.
 
Həkimin sözlərinə görə, kəskin pankreatit zamanı iltihab nəticəsində azad olmuş lipaza mədəaltı vəz içərisində və ətrafinda olan piy toxumasını əridir, yəni "həzm" edir. Bu zaman artmış yağ turşuları kalsium ilə birləşir, həll olunmayan duzlar əmələ gətirir. Bu prosesə "saponifikasiya" deyilir. Bundan əlavə, kəskin pankreatit zamanı kalsiumu qandan sümüklərə keçirən kalsitonin hormonu da artır. Nəticədə qanda kalsium azalır.
 
Xəstənin arterial təzyiqi ənənəvi maye resuskitasiyasına baxmayaq qalxmır, şok dərinləşir. Belə olan halda, vazopressor, inotrop kimi preparatlar da işə yaramır. Hipokalsemiya korreksiya edilməzsə, bütün şok əleyhinə tədbirlər effekt verməyəcək.
 
"Bundan əlavə, hipokalsemiya aritmogen vəziyyət yaradaraq onsuz da ağır olan xəstənin həyatını təhlükəyə salır. Qoşulan mayelərə Ca-qlukonat əlavə etməklə bu problemi aradan qaldırmaq olar" - deyə, həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev