Yay mövsümünün əsas qidaları yüngül yeməklər və karbohidratla zəngin tərəvəzlər olmalıdır
09.06.2021 21:41

Fəsillər dəyişdikcə qida rasionumuzdakı yeməklər də bir-birini əvəz edir. Qışda daha çox isti xəmir xörəkləri, yaz-payız aylarında zəngin vitaminli meyvələrə üstünlük verilir. Yay mövsümündə isə əsasən, meyvə-tərəvəzlər, yağsız yüngül yeməklər rahatlıq üçün ən çox üz tutulan qidalardır.

 

İsti havalarda sağlamlıq üçün qəbul edilən qidalara xüsusilə diqqət yetirmək lazımdır, çünki isti və nəm havanın təsiri ilə orqanizmdə maddələr mübadiləsində pozuntular ola bilər və bu, müəyyən xəstəliklərə gətirib çıxarır.

 

Aztibb.az xəbər verir ki, yay mövsümündə orqanizm üçün faydalı və ya zərərli hesab edilən qidalar barədə Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a məlumat verib: “Yay mövsümündə bəsit karbohidrat qrupu menyuda az yer almalıdır. Məsələn, kartof, şəkər, ağ undan bişirilən xəmir xörəkləri minimuma endirilməlidir. Onların yerini daha mürəkkəb karbohidratlar, yəni yaşıllığı bol olan göyərtilər, mövsümi tərəvəzlər, kələm və s. tutmalıdır”.

 

Maye qəbulu, xüsusilə də sərin içkilərdən isti havalarda daha çox istifadə edilir. Ancaq burada da diqqət yetirilməsi lazım olan məqamlar var. Həkim-diyetoloq deyib: “Bəzən insanlar səhv olaraq həmin mövsümdə energetik, qazlı və şəkərli içkilərə meyil edirlər. Əslində isə yayda onların qəbulu məhdudlaşdırılmalıdır. Qızmar yay günlərində istifadəsi tövsiyə olunan digər qida qrupu isə süd məhsullarıdır. Bu fəsildə qatığa üstünlük vermək, gün ərzində hətta 1 litrə qədər qəbul etmək olar. Pandemiya dövrü olduğuna görə immun sisteminə nəzarət etmək lazımdır. Bunun üçün bir sıra bitki toxumları, məsələn, kətan, qaraçörək otu, zərdəçal, sarıkök, darçın və s. toxumları qatığa qatılaraq qəbul edilməsi yüksək səmərə verir”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev