İlan sancmasından sonra ətrafı bağlayaraq sıxmaq doğru deyil - Səhiyyə Nazirliyinin mütəxəssisi 
09.06.2021 13:13

Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o insanlarda baş verir ki, ilan sancmasından sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İsmayıl Əfəndiyev deyib.

 

Həkim bildirib ki, bəzən bu yolla infeksiyanın daha çox yayılmağına səbəb oluruq. Bəs nə etməliyik?

 

"İlk növbədə qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha qeyd etmək istəyirəm bu zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdı və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar.

 

Zəhərli hörümçək sancdıqda isə ilk 2 dəqiqə ərizində kibrit vasitəsi ilə həmin nahiyəni yandırsanız termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını ala bilərsiniz".

 

İ.Əfəndiyevin sözlərinə görə, Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev