İnfeksion xəstəliklər zamanı effektiv - Hil toxumunun FAYDALARI
09.06.2021 09:29

Hil qeyri-adi ətrə malik bir toxumdur. bazarlarda daha çox 2 cür hil ağ və tünd yaşıl rəngdə satılsa da, tünd yaşıl rəngdə olan hildən alıb istifadə etmək daha faydalıdır.

Osmanlı dövründə Yəməndə taun epidemiyası yayılmağa başlayanda bir neçə insan hər gün bir neçə dəfə 10-15 ədəd hili əzib bir stəkan kofeyə qarışdıraraq içmiş, bu qarışım taun kimi ağır bir yoluxucu xəstəliyi özlərindən kənar tutmuşdur. Bundan sonra bütün Yəməndə bu içki geniş tətbiq edilmiş və qısa bir vaxtda xəstəlik epidemiyası aradan qalxmışdır.

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə məlumat verib.

 

Həkim hilin istifadə qaydasını təqdim edib:


Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir. Daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləməkdir. Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırırsa (ezofaqit) ən yaxşı üsullardan biri hil çayının içilməsidir. Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçün də effektivdir.

 

Köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil, 5 ədəd mixək, təxminən qoz ölçüsündə zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için. Bu dəmləmədə təzə zəncəfildən istifadə olunarsa daha ləzzətli dəmləmə alınır. Hil həm də əsəb sakitləşdiricidir, axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin yuxuya getməyə səbəb olur.

 

Əsəb gərginliyi zamanı bu çayı gündə 3 dəfə içə bilərsiniz, çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı, 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için. Bu çay həm də mədə bağırsaq sancılarını da aradan qaldırır. Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir. Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa (məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik) bol-bol hil çayı için.

 

Ağızdan qoxu gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır. Çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun, bu zaman hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir.

 

Hil qarışıqlı qəhvə çox xoş qoxulu olur və fərqli bir dadı olur. Qəhvəni bu üsulla hazırlaya bilərsiniz: əvvəlcə hil qəhvə üyüdəndə üyüdülür sonra üçün birə nisbətində, başqa sözlə 3 hissə qəhvə, 1 hissə hil tozu bir-birinə qarışdırılır, bu qarışımla qəhvə hazırlanılır. Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır, əgər qaraciyər çatışmazlığı, bronxit, astma, böyrək ağrıları, böyrək iltihabı, oynaqların iltihabi xəstəliyi (poliartrit), yaddaş zəifliyi kimi xəstəliklərdən əziyyət çəkirsinizsə bu zaman aşağıda təqdim olunan qarışımdan istifadə edin:

Hil və ud hindi bitkilərini bərabər miqdarda, məsələn hərəsindən 100 qram üyüdüb bir-birinə qarışdırın, ağzı kip bağlanılan şüşə bir qaba tökün, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 1 çay qaşığı ağıza atıb üzərindən 1 stəkan su için, az bir vaxtdan sonra nəticəni görəcəksiniz. Bəd xassəli şişlərdən qorunmaq üçün və ya bu xəstəliyə tutulmusunuzsa orqanizmin immunitetini qüvvətləndirmək üçün hil və qarazirə toxumlarını bərabər miqdarda üyüdüb 1 kq bal ilə qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev