Böyrək daşının müalicə metodlarından biri - ŞOK DALĞALAR
09.06.2021 09:23

Böyrəkdə və ya sidik kanalının üst və orta qismində olan daşlar həkimin göstərişi və nəzarətində bəzən xaricdən şok dalğalar tətbiq edilən aparatın köməyi ilə qırılaraq müalicə edilir. Bu müalicə üsulu tətbiq edildiyi zaman xəstənin anesteziya (narkoz) almasına ehtiyac olmur. Belə bir müalicə tətbiq edildikdə qırılan daş parçaları yenə xəstə tərəfindən (sidik ifrazi ilə) çıxarılmalıdır. Daş müalicəsində bu üsul artıq 1980-ci ildən aparılır və 80% pasientdə uğurlu olması qeyd olunub.

Aztibb.az xəbər verir ki, bu barədə həkim-nefroloq Barat Yusubov məlumat verib.

 

O, bildirib ki, bəzən daşın ölçüsü, sərtliyi və yerləşməsi bu şok üsulu ilə aparılan müalicəyə tabe olmur. Belə hallarda daşın əməliyyatxana şəraitində endoskopik üsul hesab olunan işıqlı və kameralı alətlərlə sidik yolundan çıxarılması lazım ola bilər. Adətən belə hallarda daşı olduğu kimi çıxarmaq mümkün olmadığı üçün daş lazerlə kiçik hissələrə bölünüb çıxarılır.

Böyrəyin içində olan böyük ölçülü daşlarda isə kürəkdən təxmini 1 sm böyrəyə açılan bir kanal vasitəsilə daşların çıxarılması üsulu da tətbiq oluna bilər. Bu müalicə üsullarından hansının tətbiq olunacağı həkimin pasienti müayinə etməsindən sonra təyin edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev