Bu qidalardan çox istifadə ishalın yaranmasına səbəb ola bilər
08.06.2021 15:26

Bəzi qidalar çox istifadə zamanı insanda ishala səbəb ola bilər. Lakin həmin qidalar qəbizlik zamanı istifadə edilərsə, mənfi təsir göstərməz.

 

Aztibb.az həmin qidaları təqdim edir:

 

Acı bibər - Mütəmadi istifadə zamanı ishala səbəb olur.

 

Gilas - Bol vitaminlə zəngin meyvədir. Minerallarla zəngin olan bu meyvə ilə qəbizliyin qarşısını ala bilərsiniz. Bağırsaq sistemini tənzimləyir. Ancaq çox yeyildiyi zaman bu sistem normadan artıq çalışaraq ishal yaradır.

 

Qatıq - Təbii olmayan hazır qatıqlara dadlandırıcılar qatıldığı üçün ishala səbəb ola bilər.

 

Çipsi - səhhət üçün zərərlidir. Həm artıq çəkiyə səbəb olan, həm də xərçəng riski daşıyan çipsilərin tərkibində olan maddələr toxluq hissi verməz və mədəyə getmədən bağırsaqlara təsir göstərər.

 

Spirtli içkilər - vücuda daxil olan suya maneə yaradan spirtli içki maddələr mübadiləsini zəiflədərək həzm sisteminin çökməsinə və ishala səbəb olur.

 

Qəhvə - Yuxusuzluq, psixoloji narahatlıqlar yaradır. Bununla yanaşı, ishala səbəb olur. Qəhvə orqanizmdəki maye tərəzisini poza bilər. Bu səbəbdən mütəmadi istifadəsi tövsiyə edilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev