Revizion rinoplastikada önəmli nüanslar
08.06.2021 14:28

Estetik burun əməliyyatlarının 7-10 faizində bəzi arzuolunmaz nəticələr ola bilər. Onları aradan qaldırmaq üçün təkrari əməliyyata ehtiyac olur ki, bu da revizion rinoplastika adlanır.

 

Aztibb.az xəbər verir ki, təkrari burun əməliyyatının kiçik (minor) və böyük (major) olmaqla iki versiyası var. Kiçik düzəlişdə pasiyent ilk əməliyyatın nəticəsindən məmnun ola, ancaq yüngül düzəlişlər tələb edə bilər. Əvvəlki rinoplastika əməliyyatının nəticəsində əhəmiyyətli bir deformasiya olduqda isə ciddi düzəliş lazım gəlir. Kiçik revizion rinoplastika əməliyyatı ortalama 30-40 dəqiqə, böyüyü isə 3-6 saat çəkə bilər.

 

Kiçik yoxsa böyük revizion rinoplastika?

 

Revizion rinoplastikanın böyük və ya kiçik olmasına aşağıdakı amillər təsir edir:

 

• İlkin prosedurun yaratdığı pozulmanın dərəcəsi

• İlkin prosedur zamanı çıxarılmış burun septumunun miqdarı

• Dərinin xüsusiyyətləri

• Burun tənəffüs yolunun keyfiyyəti

 

Yuxarıdakıların hamısını dəqiq bilməyin yeganə yolu cərrah ilə məsləhətləşməkdir.

 

Nə zaman revizion rinoplastika lazımdır?

 

Aşağıdakı hallarda təkrari rinoplastikaya ehtiyac duyulur:

 

• Burun ucunda sallanma

• Burun arxasında donqarlıq

• Burun qığırdaqlarının həddən çox çıxarılması hesabına burunda çökmə

• Burunda əyrilik (ilkin rinoplastikadan öncə burunda əyriliyin olması, kifayət qədər düzəlməməsi və ya rinoplastikadan sonra yaranması)

• Burun ucunun və qanadlarının assimmetrik olması

• Həddən çox dik burun və ya aşırı yonulmuş burun arxası

• Burun tutulması, rahat nəfəs ala bilməmək

 

İlk əməliyyatdan nə qədər sonra revizion rinoplastika etmək olar?

 

Hər şeydən əvvəl, başqa bir prosedura tab gətirmək üçün burnunuzun tam sağalması lazımdır. Ümumiyyətlə, rinoplastikanın yaxşılaşması tam bir il çəkir. Vaxtından əvvəl revizion rinoplastika əməliyyatı əsassızdır, çünki bütün postcərrahi problemləri həll edə bilməz. Bu səbəbdən əməliyyata əvvəlki rinoplastikanızdan 12 ay sonra başlamamağınız məsləhətdir.

 

Əməliyyatdan əvvəl önəmli nüans

 

Plastik cərrahınız təkcə burnunuza baxaraq çox şey deyə bilər. Ancaq məsləhətləşmələr zamanı sizə daha çox məlumat vermək üçün ən yaxşısı, revizion əməliyyatdan əvvəlki şəkillərinizi və mümkünsə əvvəlki cərrahınızdan operativ bir xülasə əldə edəsiniz.

 

Revizion rinoplastika əməliyyatından sonrakı dövr

 

İlk 6 həftə ərzində fiziki fəaliyyətdə məhdudlaşma lazımdır. Revizion rinoplastikadan sonra ortalama 8-10 gün müddətində müəyyən dərəcədə burun tutulması və şişkinlik olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev