Uşaqlar böyüdükcə, ürək döyüntüləri niyə azalır? - Uşaq kardioloqu Elşən Rzayev
08.06.2021 14:22

Əhali arasında “ürək xəstəliyi ancaq yaşlı adamlarda olur” fikir formalaşıb. Əslində isə uşaqlarda anadangəlmə, xüsusilə də kritik anadangəlmə ürək qüsurlarına çox rast gəlinir.

 

Bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq kardioloqu Elşən Rzayev məlumat verib.

 

Həkim bildirib ki, qohum evlilikləri həm ürək, həm də genetik xəstəlikləri artırır. Hər regionun öz xüsusiyyəti var. Kritik anadangəlmə ürək qüsurları uşaq doğulduğu anda müdaxilə tələb edir. Digər qüsurları isə 6 aylığında, 1 yaşında, hətta 2-3 yaşında əməliyyat etmək mümkündür. Ən vacib məsələ anadangəlmə qüsurları erkən yaşlarda aşkarlamaqdır.

 

Kardioloq bəzi vaideynlərin uşaqlar böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirməsinə də aydınlıq gətirib. Bildirib ki, bu, normal haldır, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən azalır, yetkinlik yaşına çatdıqda 70-80-ə enir. Əksinə, ürək döyüntülərinin azalmaması ciddi problemdən xəbər verir.

 

Mütəxəssisin sözlərinə görə, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsi qan dövranının pozulmasına işarədir və bu halda kardioloji müayinə mütləqdir. Eyni zamanda uşaq normal qidalanmırsa, çox tez-tez nəfəs alırsa, yaşıdları ilə müqayisədə fiziki hərəkətləri məhduddursa, yorulursa, yaşına uyğun çəki ala bilmirsə, ürək qüsurunu yoxlamaq tibbi göstərişdir.

 

Pediatrik-invaziv kardioloq E.Rzayev özünü bayılma şəklində büruzə verən uşaq aritmiyalarından, pasiyentlərin fərdi xüsusiyyətlərindən asılı olaraq əməliyyatların açıq və qapalı aparılmasından da danışıb.

 

O, valideynlərə uşaqları erkən yaşlarında ən azı bir dəfə kardioloq müayinəsindən keçirməyi tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev