Dağınız skleroz nədir? – Nevroloq aydınlıq gətirdi
07.06.2021 17:07

İnsanlar arasında geniş yayılmış xəstəliklərdən biri də dağınız skleroz xəstəliyidir. Bu xəstəliyə həm gənclərdə, həm də yaşlı insanlarda rast gəlinir.

 

Mərkəzi Gömrük Hospitalının nevroloqu Arzu Məhərrəmova “Həkim məsləhəti” rubrikasında “Dağınız sklerozun səbəbləri” mövzusunda ətraflı məlumat verib. Aztibb.az həmin məlumatları təqdim edir.

 

Dağınız skleroz – mərkəzi sinir sisteminin immun-iltihabi demielinizasiya xəstəliyidir. Bu xəstəlik sinir liflərinin üzərini örtən mielin təbəqəsinin zədələnməsi - demielinizasiya nəticəsində ortaya çıxmaqdadır. Bu şəkildə zədələnmiş yerlərdə ləkələr formalaşır və sinir ötürücülüyü əngəlləyir.

 

Dağınız sklerozun səbəbləri nədir?

 

Çox fərqli nəzəriyyələr olsa da, dağınız sklerozun dəqiq səbəbi bilinmir. Keçirilmiş virus infeksiyaları, ətraf mühitdəki zərərli maddələr, qidalanma tərzi, coğrafi yerləşim, immun sistem xəstəlikləri kimi səbəblər birlikdə dağınız sklerozun yaranmasında rol oynayır.

 

Dağınız skleroz ən çox kimlərdə və hansı yaşda ortaya çıxmaqdadır?

 

Qadınlarda iki dəfə daha çox rast gəlinir. Xəstəlik ümumən 20-40 yaş arasında görülsə də, daha gənc və ya gec yaşlarda da ortaya çıxa bilər.

 

Xəstəliyin əlamətləri: halsızlıq, yorğunluq, üzdə, qollarda ya da ayaqlarda keyləşmə, hissizlik, gücsüzlük, iki görmə və ya bulanıq görmə, sidiyi tutmaqda və ya boşaltmaqda çətinlik, qəbizlik, titrəmə, baş gicəllənməsi və müvazinət problemləri, əhval-ruhiyyənin aşağı düşməsi, yuxu problemləri kimi müxtəlif nevroloji simptomların birlikdə olması mümkündür.

 

Dağınız sklerozda əlamətlər xəstədən xəstəyə böyük dəyişkənlik göstərməkdə olub, daha sonrasında tam və ya qismi düzəlmə görülməkdədir.

 

Xəstəliyin diaqnostikası anamnez, müayinə və köməkçi testlər ilə (MRT, Beyin-onurğa mayesi) qoyulmaqdadır. Əvvəllər dağınız skleroz xüsusən gənclərdə, əlilliyə səbəb olan və müalicəsi olmayan xəstəlik kimi bilinsə də, günümüzdə arterial təzyiq, şəkər, tiroid xəstəlikləri kimi nəzarət altına alına bilən xəstəlik halına gəlib. Tez və uygun düzgün müalicə ilə dağınız skleroz ilə bağlı əlillik vəziyyəti ciddi dərəcədə azalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev