Yay mövsümündə ən çox qida zəhərlənmələrinə səbəb olan AMİLLƏR
07.06.2021 11:20

Qida zəhərlənmələri ən çox yay mövsümündə baş verir. Həmin mövsümdə istifadə edilən bəzi məhsullar var ki, onlar xüsusi risk qrupuna daxildir. Məsələn, yemiş və qarpız torpaqda olan nitratları özünə çəkmək xüsusiyyətinə malikdir. Nitratı çox olan qarpız iri, çəhrayı rəngdə və şirin olur. Əslində az nitratlı və təhlükəsiz qarpız al qırmızı rəngdə və içərisində sap şəklində ağ zoğlar olmalıdır.

 

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayevanın sözlərinə görə, süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalarda da bəzi mikroorqanizmlər və toksinlərin daşıyıcıları ola bilər. Bundan başqa zəhərlənmənin digər səbəbi məhsulun yaxşı yuyulmamasıdır:

 

“Qida zəhərlənməsi zamanı ürəkbulanma, halsızlıq, qusma və hətta bayılma da müşahidə oluna bilər. Çox qusma və ishal baş verdikdə şok yaranması da mümkündür. Qida zəhərlənməsindən şübhələnmə baş verdikdə xəstəyə çoxlu maye içirmək və həkim yardımına üz tutmaq lazımdır”.

 

Qidaların qəbulundan sonra zəhərlənmə əlamətləri 1 saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarət varsa, dərhal xəstəxanaya müraciət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev