Səhv qidalanma və hərəkətsizlik uşaqlar arasında endokrinoloji xəstəliklərin çoxalmasına səbəb olur
07.06.2021 11:11
Son illər uşaqlar arasında endokrinoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı əvvəlki illərlə müqayisədə çoxalıb. Aparılan müşahidələr onu deməyə əsas verir ki, uşaqlarda ən çox şəkərli diabet xəstəliyi aşkar olunur, valideynlər uşaqlarında çəkinin artmasından və piylənmə prosesinin sürətlə getməsindən şikayətlənirlər.
Aztibb.az xəbər verir ki, uşaqlarda bu xəstəliklərin hansı səbəbdən yaranması və onları qorumağın yolları barədə Azərbycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gündüz Əhmədov öz tövsiyələrini verib.
Şöbə müdirinin sözlərinə görə, endokrinoloji xəstəlikərə təkcə böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Təsnifatına görə, endokrinoloji xəstəliklər arasında uşaqlarda ən çox rast gəlinən şəkərli diabetdir. Endokrin sistemdə uşaqlar arasında bu tipli xəstələrin sayının daha çox olduğunu qeyd edən G.Əhmədov xəstəliyin yaranmasının səbəblərini də açıqlayıb: “Bu xəstəliyin yaranmsının səbəblərindən biri irsi, genetik faktordur. Belə ki, kimin ailəsində şəkər xəstəsi varsa, artıq o, həmin xəstəliyin bir daşıyıcısıdır. Bu da nə vaxtsa nəsildə özünü büruzə verməlidir”.
Diabet xəstəliyinə gənc və orta nəsil arasında daha şox təsadüf edildiyini deyən G.Əhmədov onların hər il lazımi müayinələrdən keçmələrinin vacibliyini vurğulayıb. Valideynlərə məsləhət görüb ki, uşaqlarının artıq çəki yığmaması, piylənmə ilə üzləşməməsi üçün qida rejiminə fikir versinlər: “Məlumdur ki, pandemiya uşaqlarda oturaq həyat tərzi yaradıb. Hərəkətlə bağlı məhdudiyyətlər onlarda piylənmə və artıq çəkinin yaranmasına səbəb olur”.
Şöbə müdiri Bakı şəhər 6 saylı uşaq xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələrinin statistikası barədə də açıqlama verib. Onun sözlərinə görə, 1997-ci ildə aparılan araşdırma zamanı aşkar olunan diabetli xəstələrin sayı 15 olub. 2007-ci ildə 74, 2020-ci ildə isə 255 xəstə. Say artımının başlıca səbəbi uşaqlarda psixoloji gərginliyin olmasıdır.
O, maraqlı bir fakt da açıqlayıb. Belə ki, araşdırma zamanı bəlli olub ki, diabetli oğlan uşaqları qızlardan daha çoxdur. Həkim bunun səbəbini dünyaya gələn oğlanların sayının daha çox və onların genetikasının qızlardakından fərqli olması ilə izah edib. Bildirib ki, qızlar oğlanlarla müqayisədə özlərində topladıqları stressi daha asan ata bilirlər:
“Uşaqlar arasında ən çox rast gəldiyimiz problem artıq çəkinin olması və piylənmədir. Piylənmə təkcə diabet deyil, onkoloji xəstəliklər də yaradır. Qız uşaqlarında piylənmənin olması gələcəkdə döş vəzində onkoloji xəstəlik yarada, eləcə də ana olmaq qabiliyyətinə mənfi təsir göstərə bilər. Uşaqlar arasında bronxial xəstələrin sayının artması, oynaqlarında problemlərin, qaraciyərlərində piy hepatozunun yaranması da onlarda artıq çəkinin, piylənmənin müşahidə edilməsi ilə əlaqədardır”.
G.Əhmədov 12 yaşadək uşaqlarda piylənmənin qarşısını almaq üçün hansısa dərman vasitələrinin olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu səbəbdən valideynlər uşaqların qidalanmasına ciddi fikir verməli və açıq havada gəzmələrinə şərait yaratmalıdırlar:
“Çalışsınlar ki, meyvə-tərəvəzdən çox istifadə etsinlər və yeməklərin arasındakı vaxtlarda onlara şirniyyat və digər un məmulatları verməsinlər. Bu məsləhətlərə əməl olunarsa, uşaqlarımızı gələcəkdə üzləşəcə biləcəkləri ağır xəstəliklərdən qorumaq mümkündür”.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

