Hiperaktiv uşaqların valideynlərinə - Psixoloq MƏSLƏHƏTLƏRİ
06.06.2021 16:58

Əgər övladınızda həddindən artıq aktivlik, düşünmədən hərəkət etmə, istəkləri və duyğularına nəzarət edə bilməmə, söz eşitməmə ya da diqqət problemləri varsa, mütləq uşaq psixiatrına müraciət edin.

 

Bu barədə uşaq psixoloqu Arzu Adgözəlova sosial şəbəkədə məlumat paylaşıb.

 

O bildirib ki, əgər müayinədən sonra uşağa diqqət əksikliyi və hiperaktivlik diaqnozu qoyularsa, bunu qəbul etməli və bu barədə maariflənməlisiniz. Çünki valideyn təlimi müalicənin vacib hissəsidir. Övladınıza nə olursa olsun onun yanında olduğunuzu deyin və bunu hiss etdirin. Evdə rutininiz olsun. Bu rutinləri kağıza qeyd edərək uşağın hər gün görməsinə nail olun. Günün axışını qeyd etdikdən sonra xatırlatmaq üçün zəngli saatlardan və ya başqa vasitələrdən istifadə edə bilərsiniz. Valideynlər aşağıda qeyd olunanları da mütləq nəzərə almalıdır.


-  “Xüsusi vaxt” təyin etmək.  Bu zaman ana, ya da atanın 20-30 dəqiqə müddətində uşaqla birlikdə oyun oynaması nəzərdə tutulur. Bu müddət ərzində uşağa qayğı göstərmək lazımdır. Əyləndirici oyunlar oynamalı və xoş vaxt keçirməlisiniz.


-  İstənməyən davranışları gözardı edərək müsbət davranışları tərifləmək və önə çıxarmaq. Bəzən mənfi davranışı görməzdən gəldikdə, uşaq bu davranışı daha da artıra bilər, ancaq bu münasibətinizdə tutarlı olduqda mənfi davranışların azaldığınızı görəcəksiniz.


- Uşağın qarşısına onun bacarmayacağı tələblər qoymaqdan çəkinin. Məsələn, "Mən demədən dərslərini özü etsin, tapşırığı olmasa da hər gün kitab oxusun. Dərslərini sevərək və həvəslə etsin və s."

 

Uşaqdan nəyisə tələb etdikdə mütləq:

- normal səs tonu seçin
- göz kontaktı qurun
- sözünüzü sual və ya xahiş formasında deməyin
- tələbiniz qısa və konkret olsun.


Psixoloq, həmçinin evdə dəqiq qaydaların müəyyən edilməsinin zəruri olduğunu söyləyib. Qeyd edib ki, uşaq nələr edib, nələr edə bilməyəcəyini anlamalıdır. Zaman-zaman onun müsbət davranışlarını mükafatlandıraraq o davranışların artmasını təmin etmək mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev