Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yüksək riskli cərrahi əməliyyat aparılıb  
05.06.2021 23:21

“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsdə uğurla yerinə yetirilən əməliyyatlar sırasına yenisi əlavə olunub. Belə ki, mərkəzin həkim briqadası və orta tibb işçisi heyətinin komanda şəklində çalışması nəticəsində aparılan əməliyyat və göstərilən tibbi müdaxilə uğurla başa çatıb.

 

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, bir neçə gün əvvəl Naxçıvan şəhər sakini müəssisəyə boynun ön səthində şişəbənzər törəmənin olması, boğulma hissi, ürəkdöyünmə, səbəbsiz əsəbiləşmə, yuxu pozuntusu, tərləmə və udqunma zamanı çətinlik çəkmə şikayətləri ilə mərkəzə müraciət edib. Həkim-endokrinoloq Mətanət Səfərovanın yönləndirməsi ilə mərkəzdə aparılan müvafiq laborator, ultrasəslə müayinələrə əsasən xəstəyə düyünlü zob diaqnozu qoyulub, dərhal antitiroid müalicə başlanılıb və 15 gün sonra xəstə cərrahi əməliyyata hazır vəziyyətə gətirilib.

 

Ümumi cərrah Nazim İbrahimov və anestezioloq-reanimatoloq Ənvər Şıxəliyev tərəflərindən total tiroidektomiya əməliyyatı icra olunub. Yüksək riskli bu əməliyyat uğurla başa çatdırılıb, əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti nəzarət altına alınıb və yaxşılaşma ilə evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır