Çəpər əyriliyi: simptomları və müalicəsi 
05.06.2021 09:52
Burun çəpərinin əyriliyi burun boşluğunu iki hissəyə bölən, sümük və qığırdaqdan ibarət olan bir divarın sağa, yaxud sola, bəzi hallarda isə hər iki tərəfə əyilməsidir. Burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.
 
Aztibb.az bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasının məlumatına istinadla xəbər verir. 
 
Bu və ya digər səbəbdən burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulması olur. Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.
 
Diaqnoz çox vaxt xəstənin şikayətlərinə və rinoskopiyaya (burunun daxili müayinəsi) əsasən çəpər qoyulur. Rentgenoqrafiya və kompüter tomoqrafiya (KT) müayinələrinin də aparılması diaqnozu və əyriliyin xarakterini dəqiqləşdirmək və sənədləşdirmək üçün vacib sayılır.
 
Cüzi dərəcədə əyriliklər xəstəni narahat etmədiyi halda, xüsusi müalicə tələb olunmur. Ancaq sadalanan simptomlar və ağırlaşma riski ortaya çıxarsa cərrahi əməliyyat vacib sayılır. Bu əməliyyat əsasən içəridən aparılır və burada prinsip əyilmiş sümük və qığırdaq hissələri xaric etməkdən ibarətdir. Çıxarılan hissəciklər nisbətən əyridirsə, onları düzəldərək yerinə qaytarmaq olar. Həddindən çox əyilmiş sümüklər isə xaric olunur. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında aparıla bilər. Əməliyyatdan sonra tənəffüs bərpa olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev