Azərbaycan Tibb Universiteti: "Gənc həkim ağır əməliyyatı uğurla həyata keçirib"
04.06.2021 16:51
Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya kafedrasının doktorantı, ATU-nun Onkoloji Klinikasının onkoginekoloqu, uzman həkim Əkbər İbrahimov xəstə üzərində az hallarda rast gəlinən əməliyyat həyata keçirib. Aztibb.az xəbər verir, bir övlad anası olan 36 yaşlı xəstə üzərində 2018-ci ildə başqa klinikaların birində laparoskopik üsulla yumurtalığın kistektomiya əməliyyatı icra olunub və əməliyyat materialının patohistoloji müayinəsində “Yumurtalığın bədxassəli şişi - qranuloza hüceyrəli şiş” aşkar edilib.
 
Xəstədə daha sonra heç bir tamamlayıcı əməliyyat və adyuvant müalicə aparılmayıb. Bu ilin fevral ayında həmin xəstə ATU-nun Onkoloji Klinikasına üz tutub və lazım olan müayinələr aparıldıqdan sonra ona cərrahi müdaxilə tövsiyə edilib. Həkimin bildirdiyinə görə, xəstə üzərində icra olunan əməliyyat Birincili sitoreduksiya (Total parietal peritonektomiya, total abdominal histerektomiya, bilateral salpingooforektomiya, appendektomiya, splenektomiya, total omentektomiya, sitoloji alınması) olub. Əməliyyatın 6 saat davam etdiyini vurğulayan Ə.İbrahimov qeyd edib ki, bu kimi əməliyyatların potensial riskləri və ağırlaşmaları var.
 
Lakin əməliyyatdan sonrakı dövr ağırlaşmalar olmadan keçib və xəstə tam sağalma diaqnozu ilə ilə evə yazılıb. Söhbət əsnasında gənc həkim onu da əlavə edib ki, 4 illik həkimlik fəaliyyəti dövründə buna bənzər çoxlu sayda ağır cərrahi əməliyyatlar həyata keçirib.
 
Məlumat üçün bildirək ki, Ə.İbrahimov 2011-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirib. 2012-ci il ərzində Türkiyədə ÜDS (universitetlərarası ingilis dili), STS (tibb diplomunun xaricdə tanıdılması) və TUS (tibbdə uzmanlıq dərəcəsi) imtahanlarını uğurla keçərək, Hacettepe Universitetinin Obstetriya, ginekologiya və ginekoloji onkologiya kafedrasında uzmanlıq təhsilinə başlayıb. 2015-2017-ci illərdə Hacettepe Universitetinin Ginekoloji Onkologiya şöbəsində onkoloji xəstələrin cərrahi müalicəsi üzrə ixtisaslaşıb.
 
2017-ci ildə uzmanlıq təhsilini başa vuran Ə.İbrahimov həmin ildən ATU-nun Onkoloji klinikasında Onkologiya kafedrasının doktorantı kimi onkoginekoloq vəzifəsində çalışır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır