Şərur Rayon Gigiyena və Epidemiologiya şöbəsi müasir standartlara uyğunlaşdırılıb
03.06.2021 20:40

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikasında daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb.

 

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək bildirib ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılıb. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, deratizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin edib. Həmçinin həyata keçirilən ekoloji tədbirlər muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin azalmasına səbəb olub. Bu sahədə əsas işlər Gigiyena və Epidemiologiya Mərkəzinin, onun yerli qurumlarının üzərinə düşür. Şərur Rayon Gigiyena və Epidemiologiya şöbəsi tərəfindən cari ilin 5 ayı ərzində 1388 parazitoloji, 666 bakterioloji müayinə aparılıb ki, bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. 

 

Daha sonra şöbənin parazitoloq köməkçisi Nərmin Əliyeva bildirib ki, Gigiyena və Epidemiologiya şöbəsi üçün yeni iş şəraiti yaradılıb: "Göstərilən qayğıya cavab olaraq çalışacağıq ki, rayon əhalisinin sağlamlığının qorunması üçün yoluxucu xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsində və peyvəndləmə işinin aparılmasında daha fəal olaq”.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gigiyena və epidemiologiyanın hazırda ən vacib sahələrdən olduğunu deyib. Onun sözlərinə görə, dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi: "Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülmüşdü. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradılmış, müasir avtomobillər alınıb verilmişdir. Hazırda Culfa rayonunda və Naxçıvan şəhərində bu sahədə işlər davam etdirilir".

 

Ali Məclisin Sədri bildirib ki, əsas məsələ profilaktik tədbirlərin vaxtında görülməsi və gigiyenik qaydalara əməl olunmasıdır. Gigiyena və Epidemiologiya şöbəsinin kollektivi mütəmadi sanitariya tədbirləri həyata keçirməlidir. Çünki bu tədbirlər xəstəliklərin yayılmamasına, onların vaxtında aşkar olunmasına və qarşısının alınmasına xidmət edir. Yaradılan şərait bundan sonra da muxtar respublikada virus və xəstəliklərin yayılmasının qarşısını almağa imkan verəcəkdir.

 

Vasif Talıbov kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə, əhalinin maarifləndirilməsinə ciddi səy göstərəcəklərinə, muxtar respublikada epidemioloji vəziyyətin daim sabit saxlanacağına əminliyini bildirib.

 

Məlumat verilib ki, şöbədə müdir, epidemioloq, entomoloq, parazitoloq, sanitar həkim və digərləri olmaqla, 18 otaq vardır. Burada Gigiyena, Epidemioloji, Dezinfeksiya şöbələri və bakterioloji, parazitaloji, eləcə də ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərəcəkdir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, südün keyfiyyət analizatoru, radiasiya ölçmək üçün dozimetr, batometr, PH-metr, termohiqrometr, binokulyar mikroskop və digər köməkçi tibbi ləvazimatlar ilə təmin edilib.

 

Şöbənin baş həkimi Məhərrəm Qədimov yaradılan şəraitə görə minnətdarlıq edib.

 

Ali Məclisin Sədri muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar verib.

 

Şərur Rayon Gigiyena və Epidemiologiya şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil təqdim olunub.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib