Təcrübəli pediatr Şəfəq Ağayevanın 65 yaşı tamam olur
14.03.2023 14:51
Bu gün Göygöl Rayon Mərkəzi Xəstəxanasının pediatrı Şəfəq Ağayevanın 65 yaşı tamam olur.
 
Aztibb.az-ın xəbərinə görə, Şəfəq Ağayeva 14 mart 1958-ci ildə Göygöl rayonunda anadan olub. 1975-1981-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetini Pediatriya fakültəsində təhsil alıb. 1981-ci ildə internatura keçib.
 
O, Əziz Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunda Neonatal reanimasiya (3 günlük treninq), Yenidoğulmuşların reanimasiyası və təxliyyə məsələləri, Uşaqların inkişafının dəstəklənməsi və izlənməsi, Uşaqlarda sümük oynaq xəstəlikləri və diaqnostikası mövzusunda sertifikasiya kurslarından keçib. Həmçinin müxtəlif seminarların iştirakçısı olub.
 
40 illik iş tərcübəsinə malik olan Şəfəq Ağayeva 1982-ci ildən Göygöl Rayon Mərkəzi Xəstəxanasında sahə pediatrı, şöbə müdiri, həkim neantoloq vəzifələrində çalışıb. Hazırda Göygöl Rayon Mərkəzi Xəstəxanası (ASM) Ailə Sağlamlıq Mərkəzində pediatr işləyir.
 
 
Aztibb.az səhiyyə xəbər portalı adından yubilyarı təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev