Qida Təhlükəsizliyi Günü ilə bağlı maarifləndirici tədbirlər keçirilir
03.06.2021 18:43

İyunun 7-də Ümumdünya Qida Təhlükəsizliyi Günü dünyanın diqqətini həmin mövzuya cəlb etmək üçün “Qida təhlükəsizliyi hamının işidir" şüarı altında keçiriləcək.

 

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu məqsədlə Agentlik BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirləri davam etdirir.

 

Həyata keçirilən tədbirlər çərçivəsində agentliyin sədri Qoşqar Təhməzli şəbəkələrdə videomüraciətlə çıxış edib. O, qida təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vətəndaşların diqqətinə çatdıraraq FAO-nun ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakı tədbirə qoşulmağa dəvət edib. Çağırışa qoşulan M. Çakmak qida təhlükəsizliyinin təmin olunmasında hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Onların çağırışına BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov da qoşulub. Hökumət nümayəndələri və beynəlxalq qurumların rəhbərləri Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar qida zənciri boyunca iştirak edən tərəflərin öhdəliklərini diqqətə çatdırıb və hər kəsin prosesdə iştirakının vacibliyini diqqətə çatdırıblar.

 

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə və ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır