Arıqlamaq üçün ac qalmaq və az qidalanmaq zərərlidir - Həkim-qastroenteroloq
03.06.2021 15:23

Düzgün pəhriz zamanı orqanizm lazımi maddələri qəbul edir, həm də insan sağlam şəkildə arıqlayır. Pəhriz saxlamaq üçün, ilk növbədə orqanizmi tanımaq lazımdır. Lakin yaxşı araşdırılmayan və həkim məsləhəti olmadan saxlanılan diyetalar zərərli ola bilər.

 

Mütəxəssislər bildirirlər ki, uzun müddət ac qalmaq da təhlükəlidir, çünki normal qidalanmaya keçdikdən sonra insanların 80 faizi əvvəlkindən daha çox yemək yeməyə başlayır.

 

Aztibb.az xəbər verir ki, həkim-qastroenteroloq Mətanət Cəfərova deyib: “Az qidalanmaq və ya heç qidalanmamaq kimi pəhrizlər də var və onlar ciddi fəsadlar doğura bilər. Uzun müddət davam edən mikroelementlər və vitaminlərin çatışmazlığı xəstəliklərə səbəb ola bilər, mədə-bağırsaq traktında problemlərin yaranmasına aparıb çıxara bilər. Ac qalmaq xroniki qastritlərin kəskinləşməsinə, mədə və onikibarmaq bağırsaqda xora xəstəliyinin yaranmasına, hətta öd daşı xəstəliyinin yaranmasına stimul verir. Birdən-birə ac qalanda hətta arıq orqanizmdə qaraciyər piylənməsi inkişaf edə bilir”.

 

Sağlam olmayan pəhrizlər nəticəsində orqanizm lazımi vitamin və mineralları almır, nəticədə immun sistemi zəifləyir. Yalnız tərəvəz və meyvələrdən hazırlanmış şirələr içməklə saxlanılan detoks pəhrizlər də faydalı deyil. Həkim-diyetoloq Sevinc Həsənzadə həmin pəhrizlər barədə deyib: “Bəzi insanlar hətta bir qida seçərək monodiyeta saxlayırlar və bu, düzgün deyil. Belə olanda orqanizm istər-istəməz müəyyən vitaminlərdən məhrum olur. Hər məhsuldan müəyyən qədər istifadə etməklə sağlam arıqlamaq olar. Həftədə iki gün ac qalmaq olar. Lakin orqanizm stres aldığına görə bir gündən bir aclıq etmək də düzgün sayılmır”.

 

Pəhriz zamanı sağlam və qədərində qidalanmaq vacibdir. Quru meyvələrin və zülallı qidaların böyük əksəriyyəti xeyirli olsa da, artıq kalori istənilən nəticəni verməyə bilər: “Sağlam, balanslaşdırılmış formada vaxta və menyuya diqqət edərək arıqlamaq mümkündür. Bu zaman mütləq su qəbul edilməli və düzgün içilməlidir. Yeməkdən yarım saat əvvəl və yarım saat sonra su içilməlidir. Hər kəs öz bədən kütləsinə uyğun olaraq su qəbul etməlidir”,- deyə həkim-diyetoloq bildirib.

 

Mütəxəssislər həkimlərin müəyyən etdiyi düzgün proqramla tərtib olunmuş pəhriz saxlamağı tövsiyə edirlər. Yeniyetmələr, hamilə qadınlar, şəkərli diabet, ürək-damar xəstəlikləri olanlar diyeta saxlamaqdan imtina etməlidirlər. Həmçinin kortəbii arıqlama üsulları da zərərlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev