Albalı saplağı orqanizmdəki qanı təmizləyir və anemiya riskini aşağı salır
03.06.2021 10:14

Albalının özü kimi saplağı da çox faydalıdır.

 

Aztibb.az tibbi mənbələrə istinadla bildirir ki, albalını yeyərkən saplaqlarını saxlayıb evdə qurutmaq və albalı çayını hazırlamaq mümkündür. Faydalarına gəldikdə isə:

 

- Albalı saplağının çayı metabolizmanı sürətləndirir. Bu, daha asan şəkildə yağların yandırılması deməkdir. Bundan başqa, bədəndəki şişkinliyi də azaldır. Hər gün davamlı bir fincan albalı saplağı çayı içərək arıqlamanıza kömək ola bilərsiniz.

- Antioksidant xüsusiyyətə malikdir. Həzm sistemini tarazlayır və yeməklərdən sonra həzmsizlik problemi yaşamağa imkan vermir.

- Böyrəklərin sağlam şəkildə işləməsinə kömək edir. Daş və qumun yaranmasına mane olur.

- Xolesterolu və qan şəkərini tarazlayır.

- Bədəndən sidik turşusu və sidiyin atılmasına kömək edir. Bunun sayəsində revmatizma xəstəliyinin yaratdığı mənfi təsirləri azaldır.

- Gün ərzində çoxlu dərman içirsinizsə, albalı saplağı çayı məsləhətlidir. Bununla qara ciyərdəki yük yüngülləşəcək.

- Siqaret çəkənlərə də bu çayı içmək məsləhətlidir. Orqanizmdəki nikotinin miqdarını və mənfi təsirlərini azaldır.

- Sakitləşdirici təsiri var.

- Susuzluğu aparır. Xüsusilə də Ramazan aylarında sahurda içilsə, gün ərzində suya olan ehtiyacı azaldır.

- Prostatında şikayəti olanların içməsində böyük fayda var.

- Bağırsaqları işlədir və həzmi asanlaşdırır.

- Aybaşı sancılarına yaxşı təsir edir. Sancı və ağrıları yüngülləşdirir.

- Orqanizmdəki qanı təmizləyir və anemiya riskini aşağı salır.

 

Albalı saplaqlarından necə istifadə olunur?

 

Albalını saplaqlarından ayırdıqdan sonra bir müddət suda saxlayın. Yaxşıca təmizləndikdən sonra qurulayın və təmiz yerdə sərib qurudun. Günəşin olmadığı yerdə 3-4 gün qalan albalı saplaqları quruduqdan sonra istifadə oluna bilər. Aromalı effektini ortaya çıxarmaq üçün albalının saplaqlarını doğrayıcıda xırdalaya bilərsiniz.

 

Albalı saplağından çayın hazırlanma qaydası

 

1-2 qaşıq qurudulmuş albalı saplağı 5-10 dəqiqə 500 ml suya əlavə edilir və gözlədilir. Orqanizmdəki toksinlərin daha sağlam atılması üçün ya hər səhər və ya axşam, ya da yeməkarası içilməlidir.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
 Azərbaycanda transplantasiyanın tarixi   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb