Əlilliyi müəyyən edilmiş uşaqların müavinətləri artacaq
02.06.2021 18:27

Əlilliyi müəyyən edilmiş uşaqların müavinətləri artacaq.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

 

M. Quliyev deyib ki, bu gün Əmək və sosial siyasət komitəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər, bununla bağlı da 60 qanunvericilik aktına əlavə və dəyişikliklər müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub:

 

“Dəyişikliklərdən biri “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” ifadəsinin qanunvericilikdən çıxarılması və bunun əvəzinə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin əlavə edilməsini nəzərdə tutur. Bu da imkan verəcək ki, uşaqlara da böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə müavinətlər müəyyənləşsin. Beləliklə, uşaqlara böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə əlilliyin müəyyən edilməsi ilə əlaqədar həmin uşaqların da müavinətlərində xeyli artım olacaq. Qanunun gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır