Culfa rayonunda tibbi müayinələrdən keçirilənlərin sayı 250 nəfəri ötüb  
02.06.2021 09:57

“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin müxtəlif ixtisaslı 10 həkimdən və EKQ üzrə tibb bacısından ibarət tibb heyətinin iştirakı ilə Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.

 

Aztibb.az xəbər verir ki, növbəti aksiyada otorinolorinqoloq 18, dermatoveneroloq 24, oftalmoloq 15, invaziv kardioloq 35, terapevt isə 18 pasiyenti müayinədən keçirib. Xəstəxanaya müraciət edənlər, həmçinin endokrinoloq, nevropatoloq, ürək-damar cərrahı, ümumi cərrah, nefroloq tərəfindən də müayinələrlə əhatə olunublar. 30 nəfər isə elektrokardioqrafiya müayinəsindən yararlanıb, onlara tibbi göstərişlər verilib.

 

Axşam saatlarınadək davam edən humanitar tibbi aksiyada, ümumilikdə, 252 nəfərin müayinəsi həyata keçirilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub.

 

Culfa rayonunun Ərəfsə kəndindən Şahin Həsənov, Culfa şəhərindən Çərkəz Sultanov, Sura Məmmədova başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır