Aşağı ətrafların doppler müayinəsi zamanı diqqət edilməli olan MƏQAMLAR
02.06.2021 10:40
Aşağı ətrafların doppler müayinəsini keyfiyyətlə icra etmək üçün radioloq nələri etməlidir? 
 
Aztibb.az-ın xəbərinə görə, bu barədə həkim-radioloq Nazir Allahverdi məlumat verib.
 
Onun sözlərinə görə, aşağı ətrafların damarlarında ən çox rast gəlinən varikoz xəstəliyidir və bu problem qadınlarda daha çox olur. Hər xəstəyə fərdi yanaşılmalı və ağırlıq dərəcəsinə görə yazılan rəylər dəqiq istiqamətləndirilməlidir. Bəzən radioloqun qeyd etdikləri düzgün nəzərə alınmır, əksər hallarda səhv diaqnoz və bundan qaynaqlanan müalicə üsulları ilə xəstələrin vəziyyəti daha da ağırlaşır. Məsələn, radiofrekans, köpük müalicəsi kimi üsullardan istifadə olunur, dərinin altında kapilyarlar göründüyü üçün kosmetoloqlara və ya qeyri-mütəxəssislərə müraciətlər edilir:
 
"Bu, doğru yanaşma deyil və çox güman kapilyarların altında qalan digər damar patologiyaları araşdırılmamışdır. Daha da üzücü vəziyyət budur ki, varikoz damarları ilə müalicə mərkəzlərinə gedən bütün xəstələr, varikoz səbəblərindən asılı olmayaraq eyni cərrahi müalicə metoduna yenidən məruz qalırlar. Radioloq kimi təcrübəmə əsasən deyə bilərəm ki, heç bir xəstənin başqa bir xəstə ilə varikoz xəstəliyinin səbəbi eyni deyil.
 
Hər bir xəstəyə fərdi yanaşılmalı və doppler ultrasəs ilə dəqiq səbəb ortaya qoyulmalıdır. Bunu etmək üçün həkimin çox ətraflı bir anatomik, biofiziki, klinik və radioloji bilik və təcrübəsi olmalıdır".
 
Həkimin qeyd edib ki, rəngli doppler ultrasəs müayinəsinin əsas məqsədi yalnız varikoz damarlarını göstərmək deyil. Ayaqların hər yerində patoloji damarların mənbəyini tapmaq və cərrahlara düzgün istiqamət verməkdir. Bir çox xəstədə varikoz damarları bir neçə ildən sonra yenidən təkrarlanır. Bunun səbəbi əvvəlki cərrahi əməliyyatın rəyinin radioloq tərəfindən yanlış yazılmasıdır. Ona görə də radioloq qasıqdan başlayaraq aşağıya doğru xəstəni həm uzanmış vəziyyətdə, həm də ayaq üstə müayinə etməlidir.  Xəstəyə doppler müayinəsi üçün təxminən 30-40 dəqiqə vaxt sərf etmək lazımdır. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev