Sifilis müalicə edilmədikdə İİV-in ötürülməsinə şərait yaradır 
02.06.2021 10:01

Sifilis geniş yayılmış, cinsi yolla ötürülən xəstəlikdir. 2016-cı ildə dünyada 6 milyon yeni sifilis hadisəsi qeydə alınmışdır. Sifilis Treponema pallidum (solğun treponema) adlanan spiroxet formalı bakteriyanın pallidum yarımnövü tərəfindən törədilir.

 

Aztibb.az Salyan rayon Mərkəzi Xəstəxanasının məlumatına istinadla xəbər verir ki, yoluxma, adətən simptomsuz keçir, lakin bir sıra kliniki formalarda da təzahür edə bilər.

 

Anogenital nahiyədə ağrısız xora (şankr) ilkin infeksiyanın əlamətidir.

 

Kliniki müayinə və seroloji testlər, adətən, birbaşa diaqnoz qoymağa imkan verir. Müalicəsi penisillinlə aparılır.

 

Sifilis müalicə edilmədikdə İİV-in ötürülməsinə şərait yaradır və təhlükəli xəstəliklərə, məsələn, ürək-damar və sinir patologiyalarına, eləcə də, yenidoğulmuşlarda anadangəlmə sindromlara səbəb olur.

 

Dünyanın müəyyən hissələrində hamiləlik dövründə sifilis spontan uşaqsalma, ölü dölün doğulması, eləcə də perinatal xəstələnmə və ölüm hallarının əsas səbəblərindəndir.

 

Qazanılmış infeksiya insandan insana sifilisin erkən dövründə (birincili və ya ikincili) olan xəstə ilə cinsi əlaqə yolu ilə birbaşa ötürülür. Cinsi yolla ötürülən sifilis hadisələrinin əksər hissəsi cinsiyyət üzvlərində və ya selikli qişalarda yerləşmiş sifilitik yaralarla birbaşa təmas nəticəsində baş verir. Anadan körpəyə şaquli yoluxma anadangəlmə infeksiya ilə nəticələnir. Sifilisi tez-tez "böyük imitator" adlandırırlar, çünki bir çox simptomları qeyri-spesifikdir və digər xəstəliklərdən fərqləndirilməsi çətindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev