Böyük Britaniyada dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadəyə başlanılıb
02.06.2021 09:22

Böyük Britaniyada onurğa əzələlərinin atrofiya xəstəliyini müalicə etmək üçün dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadə olunmağa başlanılıb.

 

Aztibb.az xəbər verir ki, Milli Səhiyyə Xidməti körpələrdə və uşaqlarda nadir görülən və ölümcül xəstəlik olan onurğa əzələlərin atrofiyasının müalicəsi üçün lazım olan bu dərmanın istifadəsinə başlayıb. Xəstəlikdən əziyyət çəkən 5 aylıq körpə Artur gen terapiyasını alan ilk körpələrdən biri olub.

 

Krallıqda Zolgensma müalicəsinin tətbiq olunduğu 4 xəstəxana fəaliyyət göstərir. Zolgensma bu günə qədər Milli Səhiyyə Xidməti tərəfindən tətbiq olunan ən bahalı müalicə üsuludur.

 

Bir doza üçün təxminən 2,5 milyon dollar xərclənən Zolgensma əzələləri zəiflədən və mərkəzi sinir sistemini pozaraq tədricən hərəkət etməyə imkan verməyən genetik xəstəliyin inkişafını dayandırır. Dərmanın tərkibindəki "onasemnogene abeparvovec" adlı maddə xəstəliyə səbəb olan qüsurlu geni düzəldir, əzələ fəaliyyəti və sinir sisteminin sağlamlığı üçün vacib olan zülalları istehsal edir.

 

Zolgensma İsveçrənin “Novartis” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. Gen terapiyası dərmanları istehsal edən “Novartis” dünyanın ən zəngin əczaçılıq şirkətlərindən biridir.

 

Tip-1 SMA xəstəliyi dünyada uşaq ölümünün ən çox müşahidə olunan səbəblərindən biridir. Hər il dünyada 60 min uşağa onurğa əzələlərinin atrofiyası diaqnozu qoyulur. Zolgensma bu günə qədər təxminən 40 ölkə tərəfindən təsdiqlənib və onun vasitəsilə 1000-dən çox uşaq müalicə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır