Sağlamlıq imkanları məhdud uşaqların səyyar sosial reabilitasiyasına başlanılıb (FOTO)
01.06.2021 17:34

Sosial Xidmətlər Agentliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial-psixoloji və sosial-pedaqoji reabilitasiyasına başlayıb. Xidmət pilot olaraq əvvəlcə Bakının Səbail və Yasamal rayonlarında həyata keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu ünvanlara gedərək, həmin uşaqları kompleks (sistemli) şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edəcək. Sağlamlıq imkanları məhdud uşaqlarda davranış pozuntuları, qəzəbi idarəetmə problemləri, diqqət əskikliyi, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya problemi, həmyaşıdlarla mübahisə etmək və s. kimi halların reabilitasiyası nəzərdə tutulur.

 

Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil olunacaq.

 

İlkin olaraq belə uşaqların ailələri ilə görüş keçirilib və ilkin qiymətləndirməyə başlanılıb. Uşaqların ailələrinin maarifləndirici təlim və seminarlara cəlbi, dəstək qruplarının təşkili də nəzərdə tutulur.

 

Reabilitasiya seansları həftədə beş dəfə keçiriləcək. Hər seansın müddəti uşağın mövcud durumu, yaşı və tətbiq olunan texnikalardan asılı olaraq 30-45 dəqiqədir. Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Səbail, Yasamal rayonları üzrə filiallarına müraciət edə bilərlər.

 

Sağlamlıq imkanları məhdud uşaqlarla psixoloji reabilitasiya prosesində ABA terapiyası, Yoqa, TEACCH proqramı, Erqoterapiya, Art terapiyadan da istifadə olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır