Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri
01.06.2021 15:58

Texnologiyalar uşaqların gözünə təsirsiz ötüşmür. Saatlarla telefona və ya kompüterə baxan balacalar sonralar onun fəsadları ilə üzləşirlər. Azyaşlıların müasir texnologiyalardan istifadəsi məsləhət görülməsə də, məktəbyaşlı uşaqlar kompüterdən yararlana bilərlər. Bu zaman hər yarım saatdan bir 15 dəqiqə fasilə verməklə uzaq məsafəyə baxaraq gözə istirahət vermək məsləhətdir.

 

Həkimlərin dediyinə görə, televizor qarşısında həddindən çox vaxt keçirən və planşetdən istifadə edən uşaqlarda görmə qabiliyyəti zəifləyir. Ümumilikdə isə 2 yaşa qədər uşaqların telefondan istifadə etməməsi məsləhətdir.

 

Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova deyib: “Uşaqlar normal halda bir dəqiqədə gözlərini 16-18 dəfə qırpmalıdır. Kompüter, planşet və telefondan istifadə edən uşaqların gözqırpma sayı azalaraq 10 dəfəyə qədər düşür, eyni zamanda gözdə quruluq, qaşınma, diskomfort, yaşarma kimi hallara rast gəlinir”.

 

Göz ətraf təsirə qarşı ən həssas orqan olduğuna görə həkimlər valideynlərə diqqətli olmağı məsləhət görürlər. Uşaqların əl gigiyenasına, eləcə də onların telefon və planşetlərdən istifadəsinə diqqət yetirməlidirlər.

 

Təcrübə göstərir ki, uşaqlar arasında göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopiya, astiqmatizm kimi göz xəstəlikləri üstünlük təşkil edir. Ona görə ildə bir dəfə onların gözlərini müayinə etmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev