Çox yeməyin müalicəsində yeni yanaşma - TƏDQİQAT
01.06.2021 11:40

Beylor tibb kollecinin tədqiqatçıları sinirə təsir göstərməklə toxluğa səbəb ola bilən tamamilə yeni sinir zənciri müəyyən ediblər. Həmçinin hiperaktivlik sindromu və diqqət defisitinə qarşı preparatların bu zəncirə təsir etdiyi aşkar olunub.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, qeyd olunan zəncir neyronların iki müxtəlif dəstini birləşdirir. Onlardan biri adətən həzz və motivasiya hissi ilə assosiasiya edilən neyromediator dofamin istehsal edir. Siçanlar qidalanan zaman alimlər neyronların bu iki dəstinin fəallığını müşahidə ediblər. Məlum olub ki, dofamin istehsalı üçün cavab verən DA-VTA neyronları gəmiricilər yeməyi dayandırmazdan əvvəl öz fəallığını artırırlar. Sonrakı sınaqlarda alimlər gen səviyyəsində DA-VTA neyronlarının fəallığını ləngidiblər. Nəticədə heyvanlar çox yeməyə başlayıblar.

 

DA-VTA neyronlarından siqnallar alan DRD1-LPBN neyronlarının ikinci dəsti üzərində aparılmış oxşar sınaqlar göstərib ki, onların fəallığının artırılması doyma reaksiyasına səbəb olur - siçanlar dərhal qidanın qəbulunu dayandırıblar.

 

Beləliklə, sinir zəncirinin bu iki komponentinə təsir edərək, doyma hissinə səbəb olmaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev