"Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinə start verilir
01.06.2021 09:43
Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının (ATU TGT) birgə təşkilatçılığı ilə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinin açılışı baş tutub.
 
Açılışda ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, ATGTİ-nin sədri Pərviz Mirələmli, ATGTİ-nin sədr müavini, ATU TGT sədri Rauf Vəliyev və layihə çərçivəsində baza fənləri üzrə vebinarlara qoşulacaq ekspert-müəllimlər iştirak ediblər.
 
Görüşü giriş sözü ilə açan prorektor Zülfüqar Musabəyov layihənin artıq 2-ci ildir ki, təşkil olunduğunu diqqətə çatdırıb. Z.Musabəyov qeyd edib ki, çətin pandemiya dövründə rezidentura imtahanına hazırlaşan tələbələrə bu işdə dəstək olmaq çox vacibdir və bu baxımdan layihənin əhəmiyyəti böyükdür: “Ötən il təşkil olunan layihədən iki mindən çox tələbə və məzunumuz yararlanıb, vebinarlar sosial şəbəkələrdə iyirmi mindən çox şəxs tərəfindən izlənilib. Bu olduqca önəmli nəticədir. Onu göstərir ki, tələbələr tərəfindən layihəyə çox böyük maraq var və məhz bu səbəbdən eyniadlı layihə bu il də təkrar baş tutacaq”.
 
ATGTİ-nin sədri Pərviz Mirələmli çıxışında qeyd edib ki, ATU TGT-nin təşəbbüsü ilə keçirilən layihənin davamlı olması, bu il yenidən təşkil edilməsi ona ciddi tələbat olduğunu göstərir. Layihənin gedişinə uğurlar arzulayan P.Mirələmli ATGTİ-nin bu işə tam dəstəyini ifadə edib.
 
Sonda çıxış edən ATU TGT sədri Rauf Vəliyev bildirib ki, ötən il olduğu kimi, bu il də tələbələrimiz müvafiq qeydiyyat prosesindən keçərək layihəyə qoşulmaq imkanı qazanacaqlar: “Vebinarlar "Zoom" platforması üzərindən baş tutacaq və təşkilatın "Facebook" səhifəsində canlı yayımlanacaq. Tələbələrimizi layihədə fəal iştiraka dəvət edirəm və imtahanda hər birinə uğurlar arzulayıram”.
 
Daha sonra ekspert-müəllimlərdən professor Eldar Qasımov, professor Gülnarə Əzizova, dosent Aqil Əliyev və dosent İlahə Kərimova layihənin gedişi ilə bağlı öz tövsiyələrini veriblər.
 
Qeyd edək ki, layihə ilk dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirilib. İki ay ərzində müvafiq fənlər üzrə ekspert-müəllimlərin iştirakı ilə vebinarlar təşkil olunub. Ötən il layihə ilə bağlı müsbət fikirlər, tələbə və rezidentlərin yüksək səviyyədə razılığı nəzərə alınaraq, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tapşırığı ilə layihənin bu il də davam etdirilməsinə qərar verilib. Bu tədris ilində müvafiq vebinarların may-iyun aylarında keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində iştirakçılar ekspertlər tərəfindən izah olunan mövzuları dinləyə və onlara suallarını ünvanlaya biləcəklər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır