Həkim-radioloq: "Körpələrdə bud-çanaq problemlərinin gec aşkar edilməsi ağır fəsadlara gətirib çıxara bilər"
31.05.2021 13:17
Pediatrik ultrasəs müayinəsi ilə Türkiyə kimi ölkədə radioloqlar çox məşğul olmur. Səbəbi uşaqların müayinəsinin böyüklərə nisbətən daha çox vaxt aparması, körpələrin ağlaması və hərəkətli olmasıdır.
Aztibb.az-ın xəbərinə görə, bu barədə həkim-radioloq Nazir Allahverdi məlumat verib.
Həkimin sözlərinə görə, pediatrik müayinə zamanı 6 aya qədər bud-çanaq, bir yaşına kimi transfrontal və digər qarın boşluğu orqanlarının müayinəsi nəzərdə tutulur. Bunların içərisində ən çətin müayinə bud-çanaq dispilaziyalarını düzgün dəyərləndirməkdir. Ölkəmizdə bu sahədə çox böyük boşluq var:
"Türkiyədəki təcrübəmdən deyə bilərəm ki, bu sahəyə diqqət artırılmalı və bütün dövlət xəstəxanalarında yenidoğulmuşların bud-çanaq müayinəsi tətbiq edilməlidir. Bud-çanaq çıxığı nə qədər tez aşkar olunub müalicə edilə bilsə, minlərlə uşağı normal həyata qaytarmaq mümkündür. Gec aşkar edildikdə sonrakı yaşlarda daha ağır fəsadlara gətirib çıxara bilər. Bunun üçün ən optimal vaxt 2-6 ay arasında müayinədən keçməkdir.
Daha sonra körpələrdə transfrontal ultrasəsin köməyi ilə beyinin inkişafı və normal quruluşu qiymətləndirə bilər. Körpənin beynində hər hansı bir anomaliyanın olub olmadığı aydınlaşdırılır. Bununla yanaşı, beyində qanaxma olub-olmaması bu müayinə ilə müəyyən edilə bilər. Ultrasəs körpə üçün tam zərərsiz bir müayinə üsuludur.
Tiroid ultrasəsi, vaxtından əvvəl doğulmuş körpələrdə və yenidoğulmuşlarda tələb olunur. Usm müayinəsi ilə tiroid vəzinində hər hansı bir patologiyanı erkən aşkar etmə imkanı yaranır. Bu səbəblərdən körpələrdə tiroid ultrasəsi də aparılmalı və tiroid vəzi qiymətləndirilməlidir. Pediatrik müayinə zamanı uşaqların qarın boşluğu orqanları, böyrəkləri, plevral boşluqları, kiçik çanaq orqanlarıda dəyərləndirilib erkən diaqnoz qoyula bilər.
Uşaqlar üçün ultrasəs müayinəsi təcrübəli radioloqlar tərəfindən aparılmalıdır. Prosedur ağrısızdır və radiasiya olmadığı üçün xəstəliklərin diaqnostikasında çox geniş istifadə olunur".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

