Yay aylarında qida zəhərlənmələrinin baş verməməsi üçün əməl edilməli QAYDALAR
31.05.2021 10:20

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, dünyada il ərzində 600 milyon nəfər qida zəhərlənmələrinə məruz qalır və bunlara kliniki cəhətdən öz təsdiqini tapmış, həmçinin hospitalizasiya olunmadan ev şəraitində müalicə alanlar da aid edilir. Təhlükəli qida məhsulları əhalinin sağlamlığına mənfi təsir göstərməsi ilə yanaşı, səhiyyə xərclərinin artırılmasına və beləliklə də sosial-iqtisadi zərərə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qida mənşəli xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsulunun istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarına müxtəlif çirkləndiricilərin sirayət etməsi qida zəncirinin müxtəlif mərhələlərində (ilkin istehsaldan istehlakçıya çatdırılana qədər) baş verə bilər.

 

Bakteriyalar qida məhsullarında 5 °C - 60 °C temperatur intervalı arasında çoxalıb yayıldığından həmin interval “təhlükəli zona” adlandırılır. Yay aylarında temperatur yüksək olduğuna görə bakteriyaların yayılmasına daha əlverişli şərait yaranır. Bununla da digər fəsillərə nisbətən yay aylarında bəzi qida məhsullarına daha diqqətlə yanaşmaq lazımdır. Belə məhsullara ilk növbədə tez xarab olan qidalar: ət və ət məhsulları, süd və süd məhsulları, kremli qənnadı məmulatlar və s. aid edilir. Həmin məhsulların saxlanma rejiminə riayət edilməməsi qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlərin inkişafına şərait yaradır.

 

Bütün bunlarla yanaşı, qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması və bişirilməsi və daha sonra həmin məhsulların istehlak edilməsi qida zəhərlənmələrinə səbəb olur. Düzgün termiki emal olunmadan və ya gigiyena qaydalarına riayət edilmədən hazırlanmış məhsullar və ya termiki emala məruz qalmış yeməklərin uzun müddət soyuducudan kənar saxlanılması qida zəhərlənməsinə səbəb olan əsas amillərdir.

 

Əhalinin təhlükəsiz qida ilə təmin olunması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “5 qızıl qayda” müəyyən edilib. Bu qaydalar qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər kəsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edir. Həmin “5 qızıl qayda” cədvəldə göstərilib:

 

Təmizliyə riayət edilməsi

Qeyd

 

Qida məhsullarına toxunmazdan və qida məhsullarının hazırlanmasından əvvəl əllərin yuyulması;

Sanitar qovşaqdan istifadədən sonra əllərin yuyulması;

Qida məhsullarının hazırlanması üçün istifadə olunan avadanlıqlar, ləvazimatlar və səthlərin təmizlənməsi və sterilizasiyası;

Mətbəx sahəsi və qida məhsullarının həşəratlar, zərərvericilər və digər zərərvericilərdən qorunması.

 

 

Mikroorqanizmlərin hamısı xəstəliklərə səbəb olmasa da, torpaq, su, heyvan və insan orqanizmində təhlükəli mikroorqanizmlər mövcuddur. Bu mikroorqanizmlər dərimizdə, əllərimizdə olur və təmizlənmədikdə qab-qacaq və digər mətbəx ləvazimatlarına, hətta ən kiçik təmas nəticəsində belə qida məhsullarına keçə və qida mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilər. 

 

Çiy və bişmiş məhsulların ayrı saxlanılması

Qeyd

 

Çiy ət, quş əti və dəniz məhsulları ayrılmalıdır;

Çiy məhsulların emalı üçün ayrı avadanlıq və qablardan (bıçaq və doğrama lövhələri) istifadə edilməlidir;

İstehlaka hazır qida məhsulları ilə çiy məhsulların təmasına yol verilməməsi üçün soyuducunun müxtəlif dolablarında və ya fərqli qablarda saxlanılmalıdır.

 

 

Çiy qida məhsulu, xüsusilə çiy ət, quş əti və dəniz məhsullarının tərkibində təhlükəli mikroorqanizmlər ola bilir ki, onlar qida məhsullarının hazırlanması və ya saxlanması zamanı digər məhsullara keçə bilər.

 

Qida məhsullarının yaxşı  bişirilməsi

Qeyd

 

Qida məhsulları, xüsusilə çiy ət, quş əti, yumurta və dəniz məhsulları uyğun temperaturda bişirilməlidir;

Şorba və bulyon kimi qidaların hazırlanması zamanı 70 °C temperatura qədər qaynadılması vacibdir. Ət və quş əti suyunun şəffaf və çəhrayı rəngdə olmasına diqqət edilməlidir. Bu məqsədlə nəzərdə tutulmuş termometrlərdən istifadə edilməsi arzuediləndir.

 

 

Düzgün termiki emal praktik olaraq, bütün mikroorqanizmləri məhv etməyə qadirdir. Tədqiqatlarla sübut edilmişdir ki, qidanın 70 °C temperaturda hazırlanması, istehlak zamanı təhlükəsizliyi təmin edir. Xüsusi diqqət tələb edən qida məhsullarına ət qiyməsi, qızardılmış ət, böyük ət tikələri və quş əti aiddir.

 

 

 

Qida məhsullarının təhlükəsiz mühitdə saxlanılması

Qeyd

 

Bişirilmiş qida məhsulunu otaq temperaturunda 2 saatdan artıq saxlamaq olmaz;

Bişirilmiş və tez xarab olan qida məhsulları dərhal soyudulmalıdır (5 °C-dən aşağı);

Bişirilmiş qida məhsulu süfrəyə servis edilməmişdən əvvəl isti vəziyyətdə (60 °C-dən çox) saxlanılmalıdır;

Bişirilmiş qida məhsulu hətta soyuducuda belə günlərlə saxlanılmamalıdır;

Dondurulmuş qida məhsulunun buzu otaq temperaturunda açılmalıdır, soyuducuda əridilməlidir.

 

 

Mikroorqanizmlər qida məhsulunun otaq temperaturunda saxlanması zamanı çoxala bilir.

5 °C-dən aşağı və ya 60 °C-dən yuxarı temperaturda mikroorqanizmlərin inkişafı zəifləyir və ya dayanır. Bəzi təhlükəli mikroorqanizmlər 5 °C-dən aşağı temperaturda da inkişaf edə bilir.

 

Təhlükəsiz su və xammallardan istifadə edilməsi

Qeyd

 

Qida məhsulları hazırlanarkən təhlükəsiz sudan istifadə edilməli və ya onun təhlükəsiz olması məqsədilə təmizlənməlidir;

Təzə və faydalı məhsullar seçilməlidir;

Təhlükəsizlik üçün emal edilmiş qida məhsulları, məsələn pasterizə edilmiş süd və s. seçilməlidir;

Meyvə və tərəvəzlər xüsusilə çiy halda yeyildikdə yaxşı yuyulmalıdır;

Yararlılıq müddəti bitmiş qida məhsullarından istifadə edilməməlidir.

 

 

Su və buz da daxil olmaqla xammal təhlükəli mikroorqanizmlərlə və kimyəvi maddələrlə çirklənə bilər. Toksiki kimyəvi maddələr zədələnmiş və kiflənmiş məhsullarda əmələ gəlir. Xammalın düzgün seçilməsi və yuyulma, soyudulma kimi sadə tədbirlər riskləri azalda bilər.

 

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?