Göyərti ilə qidalanmaq damar divarındakı problemləri aradan qaldırır
31.05.2021 10:16

Gündəlik rasionda göyərtilərin özünəməxsus yeri var. Tərkibi mikro və makro elementlər, vitaminlər, amin turşuları və qida lifləri ilə zəngin olan göyərtilər orqanizmə müsbət təsir göstərir, hətta bir çox xəstəliklərin qarşısını alır. Yaşıl kələm, kahı, cəfəri, zəncəfilotu, ispanaq, çuğundur yarpağı, pazı, Çin kələmi, tərə və tərxun ən faydalı göyərtilər hesab edilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Ləman Süleymanova məlumat verib: “Göyərti zülallardan, hətta ət məhsullarından daha əhəmiyyətlidir, çünki onun tərkibində 8 amin turşusu və xlorofil var. Xlorofil insan orqanizmini oksigenlə zənginləşdirir. Orqanizmdə oksigen kifayət qədər olduqda virus, bakteriya və digər yad cisimlər məhv olur. Göyərti ilə qidalananlarda onkoloji xəstəliklərin yaranması 50-60 faiz azalır. Müxtəlif mineral və vitaminlərlə zəngin olan həmin göyərtilər həzm sisteminə yaxşı təsir edir, beynin inkişafını gücləndirir, sümükləri möhkəmləndirir, toxumaları yaxşılaşdırır. Onlarla qidalanmaq damar divarındakı problemləri də aradan qaldırır, qanı təmizləyir”.

 

Sarımsaq yemək arterial təzyiqə müsbət təsir göstərir, eyni zamanda, dilin üstündə olan ərpi aparır, şüyüd yeyilməsi köp zamanı faydalıdır, keşniş əsəbləri sakitləşdirir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xörəyi keşnişlə yemək lazımdır.

 

Ağız qoxusuna qarşı çoxlu cəfəri yemək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev