Uşaqlarda rast gəlinən baş ağrılarının SƏBƏBLƏRİ
31.05.2021 09:45

Baş ağrılarının müxtəlif səbəbləri var. Həkimlər üçün vacib olan ağrının xarakteri, müddəti, ağrının başın hansı nahiyəsini əhatə etməsi, ağrı zamanı digər nevroloji əlamətlərin olub-olmamasıdır.

 

Aztibb.az Salyan rayon Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, hər baş ağrısının səbəbi beyində şiş olması ilə əlaqələndirilməməlidir. Hər baş ağrısı zamanı KT ya MRT ehtiyac yoxdur. Beyin şişləri zamanı baş ağrısına səbəb olan digər nevroloji əlamətlər, yəni ətraflarda zəiflik, görmədə pozğunluq, ikigörmə, müvazinət pozulması və s. də müşahidə edilir.

 

Kəskin baş ağrısının səbəblərindən biri beyinin infeksion xəstəlikləri (meningit, ensefalit), baş-beyin travması, qansızma ola bilər. Xroniki baş ağrılarından uşaqlarda daha çox miqren və gərginlik baş ağrılarına rast gəlinir. 

 

Uşaqlarda miqren böyüklərdən fərqli olaraq başın hər iki tərəfini əhatə edir. Miqren ağrısı zamanı ürəkbulanma ya qusma baş verə bilər, Ağrı orta ağır ya şiddətli olur, ağrı zamanı işıq, səs-küy istənilmir və o, hərəkət etdikcə artır. Miqren tutması uşaqlarda 1 saatdan 3 sutkaya qədər davam edir. Miqren baş ağrısının genetik meyilliliyi var.

 

Uşaqlarda rast gələn digər ağrı nğvlərindən olan gərginlik baş ağrısı zamanı ağrı orta ağır olur və o, gün ərzində ağrısız dövrlə də müşahidə edilir. Ağrı zamanı ürəkbulanma da ola bilər. Ağrı fiziki aktivliklə artmır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev