ATU beynəlxalq əlaqələrini genişləndirir
29.05.2021 19:33

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhanı qəbul edib.

 

Bu barədə Aztibb.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, professor G.Gəraybəyli əvvəlcə qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Qeyd edib ki, universitetin 6 fakültəsi var. Hazırda ATU-da 7 mindən çox tələbə təhsil alır, onların 2 min nəfərdən çoxu xarici tələbədir. Bu göstəriciyə görə, ATU ölkə universitetləri arasında birinci yerdədir.

 

Rektor diqqətə çatdırıb ki, ötən il universitetdə iki yeni ixtisas açılıb: tibb bacısı və fizioterapist. Bundan başqa, iki əlavə magistratura ixtisası təşkil olunub - tibbi psixiatriya və tibbi menecment. Həmçinin 2020-ci ildən başlayaraq, universitetdə ilk dəfə Azərbaycan vətəndaşları üçün ingilis dilində tədris həyata keçirilir.


G.Gəraybəyli əlavə edib ki, universitetin özünün 4 klinikası - Tədris Cərrahiyyə, Tədris Terapevtik, Tədris stomatoloji və Onkologiya klinikaları fəaliyyət göstərir. Klinikaların hər biri müasir avadanlıqlarla təchiz olunub. Tələbələr burada klinik dərslərini keçirlər.

 

Onun sözlərinə görə, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU üçün prioritet istiqamətlərdən biridir: "Təbii ki, bu məsələdə Türkiyə universitetləri ilə olan əlaqələr ilk sırada durur. Hesab edirəm, müqavilə əsasında artıq ciddi şəkildə qarşılıqlı elmi işlərin aparılmasına baxılmalıdır. İki qardaş ölkə arasında gediş-gəlişin rahat olması və dil maneəsinin olmaması bu məsələdə böyük üstünlükdür".


Daha sonra çıxış edən rektor Çağrı Erhan Altınbaş Universitetinin Türkiyədəki Vəqf universitetləri arasında xarici tələbə sayına görə birinci yerdə olduğunu bildirib: "Memorandum əsasında tələbə və müəllim mübadiləsinə başlamalıyıq. Bizdə azərbaycanlı tələbələr təhsil alır. Tibb, diş həkimliyi və əczaçılıq kimi eyni fakültələrimiz var. Diş həkimliyi üzrə bu il ilk məzunlarımız olacaq. Bundan başqa, bir klinikamız və on şöbəli Tibb xidmətləri məktəbimiz var. İnanıram ki, bu görüşdən sonra qarşılıqlı fəaliyyətimiz daha səmərəli olacaq".

 

Görüşdə ATU-nun ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Altınbaş Universiteti Biznesin idarə edilməsi fakültəsinin dekanı Ali Argun Karacabey, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nur Eradlı da iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır