Xaçmazda qazilərə göstərilən xidmətlərlə tanış olmaq üçün mediatur təşkil olunub
27.05.2021 13:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xaçmaz Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olması üçün mediatur təşkil edilib.

 

Media nümayəndələri reabilitasiya müəssisəsində Vətən müharibəsi iştirakçılarına göstərilən reabilitasiya xidmətləri ilə yaxından tanış olub.

 

Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik üsullar, həmçinin müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

 

Media nümayəndələrinə bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər görülüb. 2019-2020-ci illərdə və cari ilin ötən dövründə Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa müalicəsi xidmətləri ilə təminatında xüsusi önəm kəsb edir.

 

Postmüharibə dövründə qazilərin sosial dəstəklə, həmçinin reabilitasiya və sosial-psixoloji xidmətlərlə, yüksək texnologiyalı müasir protezlərlə, mühərrikli təkərli oturacaqla və digər reabilitasiya vasitələri ilə təminatı sahəsində aparılan işlər də jurnalistlərin diqqətinə çatdırılıb. “Reabilitasiya” altsistemi, bu sistemə uyğun veb-əsaslı növbəlilik sistemi və Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi haqqında da məlumatlar verilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində bölgə sakinləri ilə görüşərək, onların Agentliyin fəaliyyət sahələrinə dair müraciətlərini cavablandırıb.

 

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri yerindəcə araşdırılıb və müvafiq tədbirlər görülüb. Qurumun bir qrup həkim-ekspertinin iştirak etdiyi görüşdə bəzi şəxslərin əlilliyinin qiymətləndirilməsi üçün yerindəcə əyani müayinələri aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat proseduru barədə vətəndaşlara izahatlar da verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

 

Müraciətləri əsasında 10 nəfər əlilliyi olan şəxsə mühərrikli təkərli oturacaqlar, 2 nəfərə mexaniki təkərli oturacaqlar, habelə bir sıra əlilliyi olan şəxslərə müxtəlif reabilitasiya vasitələri təqdim edilib.

 

Cavid Əbdül-Qədirov jurnalistlərə açıqlamasında bildirib ki, reabilitasiya müəssisəsində 3 istiqamət nəzərdə tutulub. Birinci istiqamət əlilliyi olan, hər hansı bir qərardan narazı olan vətəndaşların qəbuludur:

 

“İkinci məsələ, qazilərə və onların ailə üzvlərinə sosial-psixoloji yardımın göstərilməsidir. Üçüncü məsələ isə reabilitasiya vasitələrinin təminatıdır. Həmin üç istiqamət üzrə reabilitasiya müəssisələrimiz infrastruktur cəhətdən hər bir müasir standartlara uyğunlaşdırılıb. Həm həkim heyətinin, həm də sosial-psixoloji yardımın fəaliyyətinin təşkilinin keçən ilə nisbətən növbəti illərdə daha da geniş əhatə olunması nəzərdə tutulub. Ötən ilin sonundan həm qazilərə, həm Qarabağ müharibəsinin əlillərinə, həm də digər müharibə iştirakçılarına motorlu araba və digər reabilitasiya vasitələrinin təminatı həyata keçirilir. Operativ Qərargah tərəfindən sərt karantin rejiminin yumşaldılması bizə imkan yaradır ki, artıq bundan sonra bütün bölgələrimizə və mövcud olan reabilitasiya müəssisələrimizdə ziyarətləri davam etdirək. Bundan əlavə, dünən Nazirlər Kabinetinin 149 nömrəli qərarı ilə reabilitasiya müəssisələrinin fəaliyyəti, təşkili işi ilə bağlı yeni qərar təsdiqlənib. Bundan sonra vətəndaşlarımıza həm növbəlilik prinsipi ilə, həm də bu qərara uyğun olaraq tam reabilitasiya xidmətini vaxtında və səmərəli keçirilməsinə imkan yaradılacaq”.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
 Azərbaycanda transplantasiyanın tarixi   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb