Son üç ildə 7 mindən çox saxta əlillik pensiyaları dayandırılıb
27.05.2021 13:34

Son üç ildə 7 mindən çox saxta əlillik pensiyaları dayandırılıb. Bu proses vətəndaşı görmədən, müayinə etmədən həyata keçirilmir.

 

Bu barədə Xaçmazda media nümayəndələrinə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

 

“Hər bir vətəndaş dəvət olunaraq əyani müayinədən keçirilib. Ehtiyac olduğu halda ambulator və stasionar müalicənin epiqrizinə uyğun olaraq laborator və rentgen müayinələri aparılıb. Bundan sonra əlillik meyarlarına uyğun olmayan vətəndaşların əlilliyi dayandırılıb. Hazırda əlillik pensiyaları dayandırılması ilə bağlı həm sosial şəbəkələr üzərindən, həm də digər formada vətəndaşlar tərəfindən çoxlu müraciətlər var. Amma indiki halda heç kimin əlillik pensiyalarının dayandırılması nəzərdə tutulmayıb. Müraciətlərin çoxluğu onunla əlaqədardır ki, bir çox vətəndaşlarda 2015-ci ildə əlilliyin 5 illiyinə uzadılması həyata keçirilib. Bu vaxt bitəndən sonra vətəndaşın əlillik müddəti dayanır. Yenidən forma 88 tərtib olunaraq müraciət olunduqda onun məsələsinə baxılır”, - deyə Cavid Əbdul-Qədirov söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır