Pandemiya zamanı fərdi tibbi praktikanı necə inkişaf etdirmək olar? - Baş müəllimdən TÖVSİYƏLƏR
27.05.2021 11:09
Koronavirusun yayılması ilə planetimizi bürüyən pandemiya bütün ölkələrdə yerli ictimaiyyətləri, bir sıra xidmət sahələrini, xüsusilə də tibb sektorunu ciddi sınağa çəkdi. Təkcə Azərbaycanda deyil, bütün dünyada səhiyyə sisteminin bu cür ağır prosesin öhdəsindən gəlməyə hazır olmadığı bəlli oldu.
Aztibb.az Azərbaycan Tibb Universitetinin (ATU) İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərovanın pandemiya zamanı fərdi tibbi praktikanın inkişaf etdirilməsi ilə bağlı təkliflərini təqdim edir.
Nigar Ələkbərovanın sözlərinə görə, pandemiyanın yaratdığı ağır vəziyyət özəl tibb müəssisələrinin fəaliyyətində də müəyyən problemlər olduğunu ortaya qoydu. Pandemiya dönəmində ilk olaraq tibbi xidmətdəki mövcud təklifin kütləvi tələbi qarşılamadığı üzə çıxdı:
“Əsas məsələlərdən biri özəl klinikaların idarəetməsindəki problemlərlə bağlı idi. Digər tərəfdən, özəl tibb müəssisələrində resurslardan istifadədə fiziki, maliyyə və sosial baxımdan çətinliklər yarandı. Həmçinin tibbi xidmətlərin təklifində resurs çatışmazlığı – həm kadr, həm dərman təminatı, həm də texniki təchizatla bağlı problemlər özünü göstərdi”.
Həkim bildirib ki, bu durumda səhiyyənin özəl sektorunda idarəetmə siyasətinə yenidən baxmaq lazımdır: “Çünki idarəetmədə mövcud zəif bənd – hansısa çatışmazlıq sonradan effektiv fəaliyyətin qarşısını almış olur. Əhalinin tibbi ehtiyaclarının dəyişməsi, tibb müəssisəsi işçilərinə qarşı irəli sürülən yeni tələblər, fərqli gözləntilərin olması nəzərə alınmalıdır”.
ATU-nun əməkdaşı pandemiya dövründə həkimlərin fərdi tibbi praktikasının nizamlanması ilə bağlı bir sıra önəmli məsələləri də vurğulayırb Onun fikrincə, böyük klinikalar həkimlərin qazancının böyük hissəsini aldığına görə, yüksək ixtisaslı peşəkar tibb işçiləri fərdi olaraq çalışmağa üstünlük verirlər və bu, bazarda rəqabəti artırır. Buna görə də dövlət də bazarda bu seqmentin inkişafında maraqlı olmalıdır: “Qeyd olunanlardan savayı, belə mütəxəssislərlə bağlı bəzi spesifik məqamları da nəzərə almaq lazımdır. İş orasındadır ki, belə peşəkar həkimlər böyük klinikalara nəzərən iqtisadi və avadanlıqla təchizat baxımından daha zəif durumda olurlar. Onlar həm bahalı tibbi avadanlıq almalı olur, həm də iqtisadi baxımdan irimiqyaslı işlər görmək və qazanc əldə etməkdə çətinlik çəkirlər. Ona görə də onların fəaliyyəti ilə bağlı lisenziyalaşma rüsumu və vergilərin rasional müəyyənləşdirilməsinə ehtiyac var”.
Fərdi tibbi praktikanın işini stimullaşdırmaq üçün növbəti təklif ilk vaxtlarda onlara dövlət fondundan daha aşağı qiymətə ofislərin icarəyə verilməsi ola bilər. N.Ələkbərova qeyd edir ki, fərdi tibbi praktikaya dövlət dəstəyi son nəticədə tibbi xidmətlərin liberallaşmasına da müsbət təsir göstərər: “Çünki belə olan halda, dövlət hansısa tibbi mərkəzin saxlanması, avadanlıqlarla təchiz olunması, əməkdaşlara maaş ödənilməsi kimi məsələlərə vəsait xərcləmir, əksinə, hələ büdcəyə gəlir də daxil olur. Həm də əhalinin yüksək ixtisaslı və keyfiyyətli tibbi yardım ala biləcəyi yerlərin sayı çox olur”.
Təkliflərdən biri də tələbə və rezidentlərin fərdi praktika ilə məşğul olan həkimlərin yanında təcrübə keçməsi ilə bağlıdır. Belə ki, bu proses üçtərəfli faydalı ola bilər. Əvvəla, tələbələr yüksək ixtisaslı həkimlərin yanında dərs almış olar. Digər tərəfdən, bu mütəxəssislər əlavə işçi qüvvəsindən istifadə etmək imkanı əldə edərlər. Üçüncüsü isə, tələbələr peşəkar bilik və bacarıqlarla yanaşı, özəl tibbi sahibkarlıq təcrübəsi də qazanarlar.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

