İntensiv məşqlər - Həkim-fizioterapevtdən bərpa üçün 6 MƏSLƏHƏT
27.05.2021 10:02
Hər kəs bilir ki, intensiv məşqlərdən sonra orqanizmin bərpası üçün vaxt tələb olunur. Lakin bəzən biz bərpa haqqında çox düşünmürük, çünki məşqlərin effektivliyini görmək istəyirik. İntensiv məşqlər və bərpanın düzgün balansı daha normal məşq rejiminə şərait yaradır.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında “İntensiv məşqlər: bərpa üçün 6 məsləhət” mövzusunda məlumat verərəkən belə deyib.
 
Onun sözlərinə görə, bərpa haqqında danışanda biz bütün məşqlərin dayandırılmasını nəzərdə tutmuruq. Rutin məşqləri dəyişdirmək və həftəlik məşq rejimi üçün sadə bir plan qurmaq olar:
 
- 3 gün intensiv məşq
- 2 gün kardio məşq
- 2 gün yüngül aktivlik (aktiv bərpa)
 
 Məşqlərdən sonra bədənin bərpası üçün aşağıda göstərilən məsləhətlərə riayət etmək lazımdır:
 
- Məşqlər gücləndirilmiş rejim və kardio arasında dəyişirsə, bədənin bərpası üçün vaxt yaranır.
- Məşqlərə streçləri əlavə edin. Gərmələri isindirici hərəkətlər vaxtı edin. O zaman əzələlər travmalara qarşı daha dözümlü olur.
- Bol su için. Məşqlər zamanı insan tərləyir və bu da bədəndə su ehtiyatlarını azaldır.
- Elektrolit balansına diqqət edin. Tər ilə siz təkcə su yox, elektrolitləri də – kalium, natrium, maqnezium, kalsium itirirsiniz. Ona görə meyvə və tərəvəzlə zəngin dieta çox vacibdir. Məsələn, banan kaliumla zəngindir və məşqlərdən sonra bu meyvəni yeyə bilərsiniz.
- Protein. Proteinlər əzələ kütləsinin artırılması üçün çox vacibdir. Məşqlərdən sonra ən azı 20 qr. protein qəbul etməlisiniz. Yumurta, balıq, toyuq kimi ərzaqlarda protein kifayət qədər var.
- Normal yuxu. Normal yuxu üçün 7-8 saat vaxt tələb olunur. Məşqlərdən sonra normal yuxu vacibdir. Əzələlərin bərpası üçün kifayət qədər yatmaq lazımdır.
- Aktiv istirahət. Məşqlərdən sonra aktiv istirahət vacibdir. Yüngül hərəkətlər – üzmək, velosiped sürmək, yerimək. Bu məşqlər intensiv deyil, amma insanı tonusda saxlayır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev