Yaddaş zəifliyini yaradan SƏBƏBLƏR
26.05.2021 14:08

Unutqanlıq, yaddaşsızlıq, diqqətin azalması kimi konsentrasiya problemi olan insanlarla tez-tez rastlaşırıq. Problemin səbəbləri isə müxtəlifdir. Stres, depressiya, kompüter və telefondan çox istifadə edilməsi də yaddaş zəifliyi yaradan səbəblərdəndir.

 

Aztibb.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova AZƏRTAC-a deyib: “Yaddaş beynin ən mühüm funksiyalarından biridir. Yaddaşın zəifləməsi və azalması demensiya adlanır. Yaddaş zəifliyi ən sadə və ən mürəkkəb səbəblərdən yarana bilər. B12 vitaminin çatışmazlığı, tireoid vəzinin funksiyasının pozulması, hər hansı dərman maddəsinin uzun müddət qəbul edilməsi, müxtəlif zərərli vərdişlərin, məsələn, alkoqol qəbulu yaddaş zəifliyinə aparıb çıxaran başlıca səbəblər sayılır”.

 

Yaddaş zəifliyinin aradan qaldırılması üçün bəzən tez-tez şirin çay içilməsi və şirniyyat qəbulu tövsiyə edilir. Həkim-nevropatoloqun fikrincə, əslində belə qidaların faydası yoxdur: “Daha yaxşı olardı ki, müxtəlif dəniz məhsulları, meyvə-tərəvəzlər, vitamin və Omeqa yağları ilə zəngin olan məhsullar balanslaşdırılmış şəkildə qəbul edilsin. Beynin daha çox çalışmasına da nail olmaq lazımdır. Çox mütaliə etmək, xarici dil öyrənmək yaddaşı möhkəmləndirən amillərdəndir. Fiziki aktivlik və normal yuxu rejimi də yaddaşa müsbət təsir göstərir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev