Teymur Musayev 74-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxış edib
26.05.2021 12:00

24 may - 1 iyun tarixləri arasında 74-cü Ümumdünya Səhiyyə Assambleyası keçirilir.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, virtual şəkildə baş tutan Assambleyanın mövzusu hazırkı pandemiyaya son qoymaq və növbəti pandemiyaların qarşısını almaq, daha sağlam, daha təhlükəsiz və ədalətli bir dünyanı birlikdə qurmaqdır.

Assambleyada Ümumdünya Səhiyyə Təşkilatına üzv bütün dövlətlər iştirak ediblər. Sessiya zamanı Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Qoşulmama Hərəkatına sədrliyin 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına həvalə edildiyini Assambleya iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, pandemiyanın idarə olunması və effektiv tədbirlərin görülməsi, milli, regional və beynəlxalq əməkdaşlıq, həmrəylik tələb edir.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan hökuməti tərəfindən pandemiya ilə mübarizədə həyata keçirilən uğurlu siyasət barədə ətraflı məlumat verilib.

Həmçinin COVID-19 peyvəndinin ölkələr üzrə qeyri-bərabər paylanmasının pandemiya ilə mübarizədə yaratdığı çətinliklər qeyd olunub.

Çıxışının sonunda Teymur Musayev dünya sivilizasiyasının ən qiymətli aktivi olan insan sağlamlığının qorunması sahəsində dünya ölkələrinin birgə səylərini artıracağına inamını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır