Günəş şüalarının FAYDALARI və ZƏRƏRLƏRİ
25.05.2021 11:04

Günəş şüalarının depressiyanın qarşısını aldığı, psixologiyaya yaxşı təsir etdiyi və depressiyaya qarşı da faydalı olduğu sübut edilmişdir.

 

Günəş şüaları D vitamini səviyyəsini artırır. Bədənimiz üçün son dərəcə əhəmiyyətli olan D vitaminini qida ilə almaq çox çətindir. Bu vitamin ya dərman preparatıyla alınır, ya da günəşdən. Ən sağlam üsul isə D vitamininin günəşdən alınmasıdır.

 

Günəş şüalarının faydaları

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, gündəlik olaraq səhər saatlarında saat 10-a qədər və 16:00-dan sonra olan günəş işığında 15-20 dəqiqəlik ovuc içlərini günəşə doğru tutmaq bədəni kifayət qədər D vitamini ilə təmin etməyə imkan verir. D vitamini uşaqların böyüməsi üçün olduqca təsirli bir vitamindir. Yalnız uşaq deyil, böyüklər üçün də son dərəcə əhəmiyyətlidir, sümük zədələnmələri və formalaşması üçün çox vacibdir.

 

Günəş şüalarının zərərləri


Təəssüf ki, yanlış zamanda və səhv şəkildə istifadə edilən günəş şüaları ölümcül nəticələr yarada bilir. Sıx rast gəlinən dəri xərçənginin ən böyük səbəblərindən biri də günəş şüalarıdır. Bu, özünü dərhal göstərməz, amma illər keçdikcə dəri problemi meydana gələr və müəyyən vaxtdan sonra dəri xərçənginə çevrilər.

 

Yanlış günəş vannası qəbul etmək də bədəndə qalıcı günəş ləkələrinin meydana gəlməsinə səbəb ola bilər. Günəş ləkələrinin səbəbi də bədənin günəş qarşısında çox müdafiəsiz qalması deməkdir.


Həmçinin günəş erkən yaşlanmanın ən mühüm səbəbidir. Xüsusilə üz günəş şüalarına qarşı çox müdafiəsiz olduğuna görə, hər zaman bu nahiyəni günəş şüalarından qorumaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev