Bəzi qidaların birlikdə yeyilməsi fəsad verə bilər
24.05.2021 19:15

Qidalanma çox mühüm və ciddi prosesdir və bu zaman müəyyən qaydaları gözləmək lazımdır. Hətta həmin proses zamanı qəbul edilən qidaların uyğunluğu da nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, qida bir çeşiddən ibarət olsun, çünki qidanın çeşidi artdıqca problemlər də yaranır.

 

“Bəzən yeməkdən sonra ürəkbulanmalar, zəhərlənmələr əmələ gələ bilər, həmin qaydaları gözləməklə mədə-bağırsaq pozulmalarından və digər ağır fəsadlardan qorunmaq olar”, - deyə həkim-fitoterapevt Fizuli Hüseynov AZƏRTAC-a bildirib.

 

O, qidalanma zamanı bir sıra uyğunsuzluqlar barədə də məlumat verib: “Qatıqla birlikdə balıq, yemişlə birlikdə bal yeyilməsi çox ağır zəhərlənməyə səbəb ola bilər.

 

Çiriş qovrularaq yeyilən bir göyərtidir, onu əvvəlcə 10 dəqiqə qaynadıb sonra qovurmaq lazımdır. Onun qaynadılmaması güclü ürəkbulanma və qusmaya səbəb olur. Qatıqla sirkənin yeməklərdə birlikdə istifadə olunması zəhərlənmə verə bilər. Südlə təzə pendir, südlə balıq, südlə qatığın birlikdə yeyilməsinin mədə-bağırsaq pozulmalarına səbəb olması mümkündür. Üzəri gümüşü falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yemək olmaz. Onun çox güclü bir konserogen olduğu və hətta xərçəngin əmələ gəlməsinə səbəb ola biləcəyi müəyyən edilib. Təndirdən təzə çıxmış toyuq ətini qətiyyən bükmək olmaz, yalnız ət soyuyandan sonra onu bükmək olar. Süd, ayran və bananın birlikdə yeyilməsi də mədə-bağırsaq pozulmasına səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev