Ümumdünya Səhiyyə Assambleyasında pandemiyaya qarşı mübarizə məsələləri müzakirə ediləcək
24.05.2021 13:32

Bu gün Cenevrədə 74-cü Ümumdünya Səhiyyə Assambleyasına başlanılır.

 

Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, tədbirdə əsas diqqət pandemiyaya qarşı mübarizəyə və yeni fövqəladə halların qarşısının alınmasına yönəldiləcək.

 

İyunun 1-dək onlayn formatda davam edəcək illik əsas forumda ÜST-ün üzvü olan 194 dövlətin nümayəndələri iştirak edəcək.

 

ÜST-ün Baş direktoru Tedros Qebreyesus sessiyada dünya səhiyyəsinin başlıca problemləri barədə çıxış edəcək. Həmçinin bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli diskussiyalar da təşkil olunacaq.

 

Assambleyanın gündəliyində pandemiya mövzusu ilə yanaşı, poliomielitlə mübarizə, səhiyyə sahəsində innovasiyalar və əqli mülkiyyət sferasında qlobal strategiya, qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi, pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi, ÜST-nin fəaliyyətinin təkmilləşdirilməsi kimi mövzuların müzakirəsi nəzərdə tutulur. 2022-2023-cü illər üçün büdcədən və “3 milyard” proqramının icrası barədə də söhbət açılacaq. Bu proqramın məqsədi dünyada səhiyyə xidmətlərinin əhatəsini 1 milyard nəfər artırmaq, əlavə 1 milyard insana fövqəladə hallarda etibarlı müdafiə təqdim etmək və daha 1 milyard insanın sağlamlıq səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır.

 

“Bu il keçiriləcək Assambleya gələcək səhiyyənin qlobal arxitekturasının formalaşmasında və ÜST-nin möhkəmləndirilməsində müstəsna rol oynayacaq”, - deyə Qebreyesus sessiya ərəfəsində bildirib. O xatırladıb ki, koronavirus pandemiyası başlanandan ötən 17 ay ərzində təşkilat infeksiyanın aradan qaldırılması, insan həyatının xilası və əsas səhiyyə xidmətləri üçün ölkələrə effektli vasitələr təqdim edib.

 

ÜST-dən vurğulanıb ki, pandemiya sona çatmaqdan hələ uzaqdır və ona qlobal reaksiya hazırda kritik fazadadır. Kəskin təzadlar hələ də irəliləməni ləngidir, vaksinlərin qeyri-bərabər bölüşdürülməsi isə ən təcili problemlərdən biridir. Bu, pandemiyanın başa çatması və qlobal bərpa üçün təhlükə yaradır.

 

Ümumdünya Səhiyyə Assambleyası ÜST-ün ali orqanıdır. Sessiyalar hər ilin mayında keçirilir. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır