Bal onurğa problemlərinin müalicəsində çox faydalıdır - RESEPT
24.05.2021 11:41
Bal qida vasitələrinin içində ən tez həzm olunandır. Balın tərkibindəki fruktoza o qədər tez qlükozaya çevrilir ki, buna balın içindəki başqa birləşmələr belə mane ola bilmir. Bu qida çox sürətli bir enerji mənbəyidir. Bal şərbəti onu qəbul edəndən 6-8 dəqiqə ərzində artıq bizim bütün bədənə yayılır.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
O bildirib ki, yorğun, halsız, anemiyalı insanlar üçün bal şərbəti əvəzolunmazdır və qanyaranmanı sürətləndirir. Orqanizmə kənardan daxil olan qanyaradıcı qidaların içində birinci yeri bal tutur. Bal nəinki yeni qan əmələ gətirir, hətta qanımızı təmizləmək üçün də ən yaxşı qida vasitəsi hesab olunur. Bal qan dövranını nizamlayır, ziyanlı xolesterinin miqdarını aşağı salır və damarları elastik edir.
Bal ən güclü antibiotikdir
Antibiotikin təsirindən bakteriyalar, kif göbələyi və mikroblar məhv olur. Balın mükəmməl tərkibi təmiz balın 4 əsr xarab olmadan qalmasına səbəb olur.
Bal ən güclü antioksidantdır
Bədən üçün ən vacib, lazımlı maddə antioksidantlardır. Antioksidantlar bizim sağlam mübadilə proseslərimizin qarantıdır. Bal vitamin və mineral mənbəyidir. Tərkibində qlükoza, fruktoza, maqnezium, kalium, kalsium, dəmir, kükürd, fosfor, mis, yod, sink mineralları, B1, B2, C, B6, B5, B3 vitaminləri olduğundan, vitaminsizlik və mineral çatışmazlığı üçün ən yaxşı qidadır.
Bal ən yaxşı yarasağaldıcıdır. Yaraların üzərinə vurulduqda dəri əmələ gətirən epitel toxumasının yaranmasını sürətləndirir, bu da yaraların qısa zamanda sağalmasını təmin edir. Kəsilmiş, yanmış yerlərin izinin qalmasını istəmirsinizsə, onda balla müalicə aparın. Çünki bal kollagen liflərin bir-birinə bağlantısını daha tez əmələ gətirir. Bal hətta şişmiş yaraların şişinin çəkilməsi üçün də istifadə olunur, çünki bal dərialtı qan dövranını sürətləndirir.
Bu möcüzəvi qida bel ağrılarında da mükəmməl bir vasitədir. Belə ki, bal axşamdan belə çəkilir, üstünə bez parça bağlanılır, səhərə qədər saxlanılır. Bunu bel ağrısı tamamilə keçənə qədər etmək olar.
Bel ağrıları üçün başqa bir resept: kələm yarpağına bal yaxılır, belə və ya ağrıyan hər hansı bir oynağa qoyulub bağlanır, axşamdan səhərə qədər saxlanılır. Ağrılar tam keçənə qədər müalicə davam etməlidir (kələm yarpağı əvvəlcə bıçağın ucu ilə bir neçə yerdən dilimlənir).
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

