Uşaqlarda gec danışma və dilin inkişaf problemi - Uşaq nevropatoloqu səbəbləri AÇIQLADI
24.05.2021 11:24

Hazırda uşaqlar arasında çox rast gəlinən nitq inkişafının ləngiməsinin səbəbləri barədə Mərkəzi Klinikanın uşaq nevropatoloqu Fəxriyyə Həsənova məlumat verib. 

 

Aztibb.az xəbər verir ki, F.Həsənova nitq inkişafının ləngimə səbəblərinin aşağıdakı kimi qruplaşdırıldığını deyib:



1.Əqli inkişafın geri olması;

2.Eşitmə qüsurları;

3.Ağız aparatının düzgün işləməməsi:

a) Səs çıxarmada iştirak edən əzələlərin zəifliyi,

b) Dil bağları,

c) Yarıq damaq/dodaq və s.

4.Cansız ünsiyyətin (telefon, televizor izlənməsi) çox olması;

5.Genetik faktorlar ( Ailə anamnezində/nəsil şəcərəsində gec danışmanın olması);

6.Psixoloji travmalar (Diqqətdən kənar qalan uşaqlar);

7.Bir sıra nevroloji xəstəliklər (Yayılmış inkişaf pozğunluqları - autizm) və s.

Qeyd olunan səbəblərdən yaranan nitq inkişafının ləngiməsinin zamanında müdaxilə olunmaqla - düzgün diaqnoz qoyulması, düzgün seçilən müalicə üsulu ilə proqressivləşməsinin qarşısı alına, eyni zamanda tamamilə düzəldilə bilər.

Uşaq nevropatoloqu F.Həsənova uşaqda bu tip problemlə qarşılaşdıqda zamanında həkimə müraciət etməyi tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev