Laboratoriyada yaradılmış ürək orqanoidi həqiqi olduğu kimi döyünür  
23.05.2021 20:09

Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiyalar İnstitutunun əməkdaşları ürək orqanoidi yaradıblar. Bununla bağlı “Cell” jurnalında dərc edilmiş məqalədə təsvir olunan ürək orqanoidi embrional inkişafın 25-ci gününə uyğun gəlir.

 

Aztibb.az “Nauka i jizn” saytına istinadla xəbər verir ki, bu mərhələdə ürəkdə cəmi bir kamera olur. Buna baxmayaraq, ürək divarları lay-lay düzülmüş müxtəlif növ hüceyrələrdən ibarətdir: kardiomiosit (əzələ yığılma hüceyrələri), epitel hüceyrələri, birləşdirici toxuma fibroblastları. Onların yetişdirildiyi kök hüceyrələr müxtəlif konsentrasiyada xüsusi zülal siqnalları ilə emal olunub. Nəticədə kök hüceyrələrin lazımi zaman ardıcıllığında və lazımi məkan sırasında ixtisaslaşmış hüceyrələrə çevrilməsinə nail olunub.

 

Ölçüsü təxminən 2 millimetr olan ürək kamerası, əsl embrionda olduğu kimi, dəqiqədə 60-100 ritm ilə yığılıb. O, üç aydan çox döyünüb ki, bu da tədqiqatçılara embrional inkişafın gedişində ürəyin necə yarandığına və zədələnməyə necə reaksiya verdiyinə dair bir neçə vacib məqamı müşahidə etməyə imkan yaradıb. Məsələn, zədələnmiş ürək toxumalarında fibroblastların özünü necə apardığını görmək mümkün olub. Məməlilərin dölündə və yeni doğulanında ürək bərpa edilə bilər, lakin dərhal da bu qabiliyyəti itirir.

 

Buna görə də böyüklərdə infarktdan sonra məhv olmuş kardiomiositlər yeniləri ilə deyil, birləşdirici toxumalarla əvəzlənir. Alimlər ürək orqanoidində birləşdirici toxuma hüceyrələrinin davranışını müşahidə etməklə, ola bilsin gələcəkdə yetkin insanlarda ürək əzələsinin bərpası yolunu tapa bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır